İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Delle Allini cəzalandırıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun "Vest Bromviç"ə qarşı matçda rəqib futbolçu Kladio Yakobun qarnına yumruqla vurması səbəb olub. Buna görə ingilis yarımmüdafiəçi üç oyunluq cəzalanıb.
Bu isə o deməkdir ki, 20 yaşlı futbolçu Premyer Liqanın cari mövsümünün qalan görüşlərində iştirak edə bilməyəcək.
Qeyd edək ki, D.Alli bu mövsüm "Tottenhem"də oynadığı 33 matçda 10 qol vurub. O, İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən bu mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu