"Borussiya" futbolçusu Mats Hummelsin "Bavariya"ya transfer olunmaq istədiyini təsdiqləyib.
Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, M.Hummels Münhen təmsilçisinə getmək istədiyini klub rəhbərliyinə söyləyib. Bəyanatda "Bavariya"nın "Borussiya"nın transfer şərtlərini qəbul edəcəyi təqdirdə, bu keçidin baş tutacağı vurğulanıb.
Qeyd edək ki, M.Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2017-ci ildə başa çatır.
Əlavə edək ki, "Bavariya" hələlik bu transferlə bağlı "Borussiya"ya rəsmi təklif göndərməyib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu