Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Səbuhi Səfiyarlı. Bu ad futbol ictimaiyyətinə müxtəlif klublarda çalışmış və hazırda da çalışan menecer kimi daha çox tanışdır. Amma onun bügünədək futbolda fəaliyyəti sırf klub idarəçiliyi ilə bağlı olmayıb. Özünün dediyi kimi, bir vaxtlar “Futbol +” və bır sıra başqa qəzetlədə jurnalist kimi faəliyyət göstərib. Sonra futbol klubunda işə başlayıb. Onunla söhbətimiz isə nə klub, nə də sırf jurnalistika faəliyyəti ilə bağlı oldu. Məsələ burasındadır ki, 2007-ci ildə S.Səfiyarlı və Elçin Rüstəmovun müəllifliyi ilə Azərbaycan futbolunun tarixində qalacaq samballı bir iş görülüb.
Şəkildə gördünüyüz bu kitab şəkili “Neftçi” klubunun 70 illiyi münasibəti ilə hazırlanıb.
Kitabda “ağ-qaralar”ın 1937-2007-ci ili əhatə edən dövrüylə bağlı bütün statistik məlumatlar, komandada çıxış etmiş futbolçular, məşqçilər və s. haqda informasiya verilib.
Yəni bildiyiniz, 70 il ərzində “Neftçi”nin oyunları, futbolçuları haqda bir çox məlumatı bu kitabdan almaq mümkündür.
Bizim kitab haqda yazmaq istədiklərimiz qısaca olaraq bu qədər. Yaxşısı budu, sonrasını müəllif özü danışsın.
“Azərbaycanın ən böyük klubunun arxivi yox idi”
- 2004-cü ildə Rusiyanın “Spartak” klubunun 80 illiyinə həsr olunmuş kitab oxudum. O vaxt artıq mən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdım. Klubun icraçı direktoru təyin olunan Misir Əbilov dəvəti ilə getmişdim “Neftçi”yə. İlk vaxtlar tərəddüd edirdim. Çünki daha öncə bu vəzifəni tanınmış jurnalist Məzahir Süleymanzadə icra etmişdi. Belə bir jurnalistdən sonra bu işi görmək 25 yaşlı bir gənc üçün ağır məsuliyyət tələb edirdi. Mən buna risk etdim və razılıq verdim. Nə isə...
Həmin vaxt oxuduğum “Spartak”la bağlı kitab məni özünə çox cəlb etdi. Kitabda “Spartak”a aid ən xırda detallar belə qeyd olunmuşdu. Bundan sonra o vaxt “Neftçi”nin vitse-prezidenti işləyən Ramin Musayevə klubun 70 illiyinə həsr olunan bir kitab yazmaq istədiyimizi bildirdim. İlk vaxtlar belə bir məsuliyyətli iş üçün bəlkə də tərəddüd etsələr də, sonradan razılıq verdilər. Kitabın yazılmasını mən öz üzərimə götürdüm.
- Ümumiyyətlə, belə kitabı hazırlamaq istənilən dövr üçün ağır zəhmət tələb edir. Bu işdə sizə kim kömək etdi?
- Əvvəllər qəzetdən tanıdığım Elçin Rüstəmovun statistik məlumatlara malik olduğunu bilirdim. Amma nə dərəcədə olduğunu bilmirdim. “Spartak” klubu haqda olan kitabın ilk səhifəsində necə hazırlanmağı ilə bağlı məlumatlar var. Orada qeyd olunmuşdu ki, kitab hazırlanan zaman klubun arxivindən istifadə olunub. Biz də “Neftçi”nin belə bir bazasının olub-olmaması barədə maraqlandıq. Amma təəssüf ki, 70 illik tarixi olan və Sovet Azərbaycanının ən böyük klubunun arxivi yox idi. Hətta şəkillər belə sistemləşdirilmiş şəkildə deyildi.
“Çıxılmaz durumda qalmışdıq”
- 70 illik tarixi 650 səhifəyə sığışdırmaq məsuliyyəti sizi qorxurtmurdu?
- Daha gənc və həvəsli idim. Amma yuxarıda qeyd etdiyim məsələlərdən sonra bildim ki, bizi çox çətinlik gözləyir. Həmin vaxt məni klubda bir çox işlərdən azad etdilər ki, sırf bu kitabla məşğul olum. Buna görə Elçin Rüstəmovu da kluba müvəqqəti işçi kimi qəbul etdilər. Biz onda olan məlumatları sistemləşdirirdik və bəzilərini də dəqiqləşdirməyə çalışdıq.
- Qarşınıza hansısa əngəllər çıxırdımı?
- Çox problem oldu. Xüsusən faktlar arasında uyğunsuzluq var idi. Hətta klubun yaranma tarixi ilə bağlı də müxtəlif illər göstərilirdi. Elə mənbə var idi ki, qeyd olunur ki, klub 1936-cı ildə yaranıb. Əlimizdə heç bir fakt yox idi. Klubun yaranma tarixini dəqiqləşdirməkdə çətinik çəkirdik. Bilmirdik, “Neftçi” 1936-cı ildə yaranıb, yoxsa 1937-ci ildə? Həqiqətən çıxılmaz durumda idik.
Axırda Moskvada, Kiyevdə futbol statistikası ilə məşğul olan insanlarla əlaqə saxladıq, onlardan məlumatlar öyrənməyə çalışdıq. Sonra Rusiya Dövlət Arxivinə üz tutduq. İstəyirdik ki, arxivdən Azərbaycan futbolu haqda vacib informasiyalar, ya da varsa, kitab əldə edək. Amma onlar bildirdilər ki, bir çox ölkələr haqda olsa da, Azərbaycan futbolu barədə heç bir kitab yoxdur.
Üzləşdiyimiz problemlər arasında əsasən Azərbaycanda oynamış erməni futbolçuların təqdimatı məsələsi də var idi. Məşqçilər arasında da ermənilər olmuşdu. “Neftçi” rəhbərliyi də bunu kitaba salmaqda tərəddüd edirdi. Sonradan bu məsələləri bir yazı halında cəmləşdirməyə qərar verdik. Bu yazını da “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli yazdı. Çox gözəl yazı idi. Eyni zamanda Rövşən Binnətli, mərhum Valid Sənani də kitab üçün bu və digər mövzularda yazılar yazdılar.
“Neftçi”nin adı keçən ilk tarixi sənəd budur”
- Kitabda tarixi sənədlər haqqında da məlumat vermisiniz.
- Bəli, arxivdən sırf Azərbaycan futboluna aid kitab tapa bilməsək də, bəzi sənədlər tapdıq. Bu haqda orada da yazmışıq. 1937-ci ildəki SSSR çempionatının təşkili üçün Azərbaycan İdman Komitəsinə gələn teleqramı tapdılar və bizə şəkilini göndərdilər. İlk dəfə olaraq orada “Temp” Bakı və “Neftiyanik” Bakının adı düşmüşdü. “Neftçi”nin adı keçən ilk tarixi sənəd budur. Ona qədər klub haqnda yazılsa da, heç bir rəsmi sənəd yox idi. Hətta 1937-ci ildə “Neftçi”nin oyunlarının protokolunu da əldə etmişdik. Amma meydana çıxan futbolçuların kimliyini bilmirdik. Başlayırdıq axtarışalar etməyə. Hansısa bir ip ucu tapan zaman çox sevinirdik. Çünki indi hətta 1990-cı illərdəki Azərbaycan çempionatının protokolunu əldə etmək olmur. Amma biz 1937-ci ildəki oyunların sənədlərini əldə etmişdik.
- Bu sənədləri toplamaq üçün mənbələri necə tapırdınız?
- Elçin Rüstəmovun bizə çox köməyi oldu. Eyni zamanda qeyd etdiyim kimi rusiyalı və ukraynalı mütəxəsislərin də köməyindən yararlanırdıq. Uzun illər “Neftçi”də oynayan, sonralar bir müddət bu komandanın rəisi işləyən Çingiz İsmayılovun da əməyi böyük oldu. O, yaşının çoxluğuna və səhhətindəki problemlərə baxmayaraq, bizə ürəkdən dəstək verdi. Bunu kitabda da qeyd etmişik. Əlimizdə arxivdən götürdüyümüz şəkillər var idi ki, oradakıları heç kim tanımırdı. Çingiz İsmayılov onların bəzilərini xatırlasa da , bir çoxunun kim olduğunu bilmirdi. Hətta şəkillərdəki bəzi futbolçularla bağlı qəzetdə müsabiqə də keçirdik ki, bəlkə kimsə tanıya. Eyni zamanda Azərbaycan Futbol Federasiyaları müzeyinin rəhbəri Abbas Əzimovdan da məlumat almağa çalışırdıq. Amma onda da məlumat az idi.
“Az qalırdıq ölmüş futbolçuları məzardan çıxardıb məlumat öyrənək”
- Başqa hansı veteran futbolçularla görüşdünüz?
- Anatoli Terentyev həmin vaxt sağ idi. Ondan da məlumatlar öyrənməyə çalışırdıq. Əlimizdəki materiallar o qədər qarışıq idi ki, az qalırdıq ölmüş futbolçuları məzardan çıxardıb məlumat öyrənək (gülür). Eyni zamanda kitabda bəzi insanların danışdıqlarını “xatirə” rubrikası adı altında verdik. Çünki insanların danışdıqları ilə statistika və tarixdə olmayan çox şey var idi. Yəni dəqiq faktlar olmadığından bunları həmin futbolçuların öz dilində bir xatirə kimi yazdıq. Kitabın həcmi getdikcə böyüyürdü. Rəhbərlik də etiraz etmirdi.
- Araşdırmalar zamanı hansısa üst-üstə düşməyən faktlarla qarşılaşdınız?
- Dövlət arxivində araşdırmalar zamanı gözləmədiyimiz faktlar ortaya çıxdı. Bəzən olurdu ki, bizdə olan faktla ukraynalı statiskin verdiyi fakt uyğun gəlmirdi. Hətta bəzən eyni oyunun hesabları arasında da uyğunsuzluq olurdu. İsmət Qayıbov adına stadionda “Neftçi”nin ilk qolunun vurulmasına aid bir neçə məlumat var idi. Belə olduqda işimiz daha da çətinləşirdi. Sonra bu haqda Çingiz İsmayılovdan və sağ qalan digər futbolçulardan dəqiqləşdirməyə çalışırdıq.
Bakı, 1949-cu il. İndiki "Hilton" otelinin ərazisi
- Sonda kitab üçün istədiyiniz məlumatları əldə edə bildiniz?
- Təkcə statiskaya yer vermədik. Bəzi faktları da kitabda dərc etdik. Məsələn, Eduard Markarovun döyülməsi, “Ararat”la oyundan sonra stadionun yandırılması, “Rostov”la oyundan sonra baş verən dava və digər faktlar haqda da yazmışıq. Bu məsələlər məlum idi. Amma Sovet hakimiyyəti illərində tam aydınlıq gətirilməyən çox məsələ vardı. Biz bu faktları tapıb ortaya çıxardıq. Əhməd Ələsgərovun xatirələrindən yazdıq. Bəzi qalmaqallı faktlar da var idi ki, bunları kitabda yazmaq risk idi. Çünki kimsə çıxıb təkzib edə bilərdi və kitabda da onu dəyişmək mümkünsüz idi. Bəzən də olurdu ki, insanlar danışdıqlarının hamısının kitabda dərc olunmasına razılıq vermirdi. Amma biz istəmirdik tarixdə gizli nəsə qalsın.
- Kitabın hazırlanması üçün maliyyə dəstəyini kim göstərdi?
- Bütün xərcləri klub öz üzərinə götürmüşdü. İş elə gətirdi ki, kitab hazır olandan sonra mən “Neftçi”dən ayrılmalı oldum. Düzü, kitabın təbliğatı gözlədiyimiz kimi olmadı. İndi satışını təşkil ediblər. Buna görə çox sağ olsunlar. Bildiyimə görə çəkilən xərcdən də ucuz qiymətə satılır ki, azarkeşlər ala bilsinlər.
“Axırda hirslənib yazdım ki, Əsgər Abdullayev yenə uzanıb”
- Araşdırmalar zamanı başınıza hansısa maraqlı hadisə gəldi?
- Maraqlı hadisə çox oldu. Ən yadda qalanı isə Əsgər Abdullayevlə bağlı idi. Əsgər Abdullayevin oynadığı illərə aid şəkilləri verəndə futbolçuların adını yazırdıq. Oturan və ayaq üstə duran futbolçuların adlarını sıra ilə qeyd edirdik. Əsgər Abdullayev şəklin birində uzanmışdı. Bilmədik onu necə yazaq. Ağlıma başqa bir şey gəlmədiyindən, qısaca olaraq yazdım ki, uzanıb.
Növbəti ilin şəklində də Əsgər müəllim uzanmışdı. Başqa çarə tapmadığından bu dəfə də mötərizədə qeyd etdim ki, uzanıb. 3-cü ilə gələndə də eyni problemlə qarşılaşdıq. Axırda əsəbləşdim, Əsgər Abdullayev “yenə uzanıb” yazdım. Fikrimdə var idi ki, sonradan dəyişərəm, amma yaddan çıxdı və kitabda elə də qaldı.
Ergün SEYİD
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol