Namiq Ələsgərov sağaldı

Namiq Ələsgərov sağaldı
XƏBƏR 26 Aprel 2016 / 15:14 3265
-  A +

“Kəpəz”in zədəli futbolçusu Namiq Ələsgərovun vəziyyəti yaxşılaşıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ”a qarşı matçın sonlarında əzələsi dartılan yarımmüdafiəçi əvəzlənmək məcburiyyətində qalıb. 

“İnter” və “Sumqayıt” ilə oyunlarını buraxan futbolçu iki həftə müalicə olunub. Artıq Ələsgərovun zədəsi sağalıb və o, ötən həftəsonu həkim nəzarəti altında yüngül şəkildə fərdi məşqlərə başlayıb.

Millinin üzvü sabah komanda ilə birgə hazırlığa qatılacaq. Onun qarşıdakı turda “Rəvan” ilə matçda meydana çıxmaq şansı yüksəkdir.

Son xəbərlər
05.02.26  16:18

Fernandez, Virtz...

topaz banner