"Qəbələ" Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır.
Topaz Premyer Liqasının 31-ci turunun “Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda dünən növbəti məşqini gerçəkləşdirib. “Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb.
Bugünkü məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək.
“Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç dünəndən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.
Xatırladaq ki, “Neftçi” – “Qəbələ” oyunu aprelin 27-i keçiriləcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər