Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın dördüncü günündə 53 kq, 58 kq, 63 kq və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulub.
Onlar günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
58 kq. çəkidə yarışan Alyona Kolesnik ardıcıl olaraq Moldovadan Yekaterina Rusu və Türkiyədən Derya Bayhanı tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda isə o, ukraynalı Tetyana Kitlə qarşılaşıb. Rəqibinə uduzan Kolesnik çempionatın gümüş medalı ilə kifayətlənib.
53 kq. çəkidə mübarizə aparan Leyla Qurbanova ilk görüşdə Rumıniyadan Simona Prikob, ardınca Türkiyədən Fikriye Gök üzərində qələbə qazanıb. 53 kq. çəkidə gedən mübarizənin yarımfinalında Ukrayna təmsilçisi Lilya Horişna ilə görüşü uduzan L.Qurbanova bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Azərbaycan güləşçisi İsveçdən Sandra Sarkkinen ilə dueldən qalib ayrılıb və çempionatın bürünc medalına sahib olub.
Beləliklə, U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla yarışı tamamlayan Azərbaycanın qadın güləşi üzrə yığması komanda hesabında 49 xal toplayaraq Ukrayna (60), Rusiya (60) və Türkiyədən (51) sonra 4-cü yerdə qərarlaşıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər