Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatı davam edir.
Qol.az-ın məlumatına görə, bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Güləçilər 59 kq, 66 kq, 98 kq və 130 kq çəki dərəcələrində yarışıblar.
59 kq
Taleh Məmmədov 1/16 finalda Virgil Munteanu (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn güləşçimiz 1/8 finala adlayıb. O, bu mərhələdə Soslan Daurovla (Belarus) qarşılaşıb. Bu görüşdən 5:0 hesablı qələbə ilə ayrılan Məmmədov 1/4 finala yüksəlib. Təmsilçimiz yarımfinala gedən yolda Dmitro Tsimbalyukla (Ukrayna) üz-üzə gəlib. Lakin Taleh rəqibinə uduzub - 2*:2. Ukraynal güləşçi yarımfinala yüksələ bilmədiyi üçün Məmmədov da bürün medal qazanmaq şansını itirərək mübarizəni dayandırıb.
66 kq
Kamran Məmmədov 1/8 finalda Danimarka təmsilçisi Karl Anders Poul Ekströmə heç bir şans verməyib. Rəqibini 8:0 hesabı ilə məğlub edən güləşçimiz 1/4 finala yüksəlib. O, yarımfinala çıxmaq uğrunda Davor Stefaneklə (Serbiya) güləşib və rəqibinə 0:9 hesabı ilə uduzub. Lakin serbiyalı idmançının finala qədər irəliləməsi Məmmədova təsəlliverici yarışlara qatılmaq şansı yaradıb. O, ilk görüşündə Kriştian Yaqer (Macarıstan) 3:1 hesabı ilə qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda mübarizədə Litva idmançısı Edqaras Venkaitisə 5:2 hesabı ilə qalib gəlib və Avropa çempionatının üçüncüsü olub.
98 kq
Güləşçimiz Orxan Nuriyev 1/8 finalda Aleksandr Safonovla (Latviya) münasibətlərinə aydınlıq gətirib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Nuriyev 1/4 finala yüksəlib. O, bu mərhələdə Peter Oehlerlə (Almaniya)qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin qələbəsi ilə yekunlaşıb - 3:2. Yarımfinalda Rusiya idmançısı Nikita Melnikovla üz-üzə gələn Nuriyev rəqibinə uduzub - 1:4. Lakin təmsilçimiz bürünc medal uğrunda yarışacaq. Onun rəqibi Aleksandr Hrabviki (Belarus) olub. Bu görüşdə idmançımız 0:6 hesabı ilə uduzub.
130 kq
Ağır çəki dərəcəsində yarışan güləşçimiz Sabah Şəriəti 1/16 finalda Oleksandr Çernetski (Ukrayna) ilə qarşılaşıb. Təmsilçimizin startı uğursuz alınıb. Şəriəti rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin ukraynalı idmançı finala qədər irəlilədiyi üçün güləşçimiz bürün medal qazanmaq şansı yaranıb. O, ilk görüşündə Lukaş Banakı (Polşa) 9:0 hesabı ilə məğlub edib. Şəriəti ikinci görüşündə Almaniya təmsilçisi Eduard Poppla qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Azərbaycan yığmasının üzvləri 2 qızıl (Mariya Stadnik, Nataliya Sinişin), 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 2 bürünc (Yuliya Ratkeviç və Hacı Əliyev) medala yiyələnib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər