"Bu il qrupda son oyunumuzdur. Oyunun mahiyyətini bilirik. Uğurlu nəticə əldə etmək istəyiriksə, bizi qələbə qane edir. Başqa çıxış yolumuz yoxdur. Ancaq qalib gəlməliyik".
Qol.Az-ın Belçikaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.
- Çətin olmağına baxmayaraq, komandanı oyuna tam hazır etmişik. Hər bir futbolçu meydanda sonadək mübarizə aparacaq. Çünki bu oyunda bizi bir nəticə qane edir. Hər bir futbolçu məsuliyyətini dərk edir. Rəqib evdə və ya səfərdə oynamasından asılı olmayaraq, aqressiv oyun nümayiş etdirir. Əgər qismətimizdə varsa, sabah qalib gələcəyik. Bizim itirəcək heç nəyimiz yoxdur.
- "Qarabağ" bütün qrup oyunlarında yaxşı müdafiə oynayıb. Ancaq sabah "Qarabağ"a qol lazımdır. Bu səbəbdən taktiki dəyişiklik gözlənilirmi?
- Dəyişiklik hər oyunda olur. Hər bir komandaya qarşı düzgün müdafiə olunmasan, problem yarana bilər. Biz buna hazırıq. Lazım olanda müdafiədə, lazım olanda hücumda olacağıq. Qalib gəlmək istəyiriksə, qol vurmaq mütləqdir. Üstünlük "Anderlext" tərəfdədir. Sabah inşallah çalışacağıq ki, ən azı azarkeşlərimiz oyunumuzdan razı qalsın. Zədəli oyunçularımızın kimlər olduğunu bilirsiniz. Təbii ki, belə olanda heyət seçimində müəyyən çətinliklər olur.
-"Qarabağ" həmişə ümidini son mərhələyə saxlayıb. Necə etmək lazımdır ki, "Qarabağ" daha yuxarı mərhələlərə qalxsın? Bəlkə daha 3-4 peşəkar oyunçu almaq lazımdır?
- Real baxsaq, futbolun gözəlliyi ondadır ki hər uğurlu nəticə sona qalır. Keçən il belə hal baş vermişdi. Amma "İnter"ə vurduğumuz qol sayılmadı. Sayılsaydı, növbəti mərhələyə keçəcəkdik. Amma 3-4 oyunçu alsaq, bu o demək deyil ki, növbəti mərhələlərə keçəcəyik, daha yaxşı nəticələr qazanacağıq. Az müddətdir ki, Avropa arenasına çıxmışıq. Hələ görüləsi iş çoxdur. Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik.
- Komandada əhval-ruhiyyə nə yerdədir? Futbolçularda qələbəyə inam necədir? Rəqibdə də itkilər var. Bu, bizim köməyimizə gələ bilərmi?
- "Anderlext"i tanıyırıq. Bu futbol klubunun strukturunu bilirik. "Anderlext" üçün bir neçə futbolçunun oynamaması problem deyil. İtkilər daha çox bizdədir. Komanda ab-hava yaxşıdır. Hamı bilir ki, son şansımızdır. Onları heç motivasiya etmək də lazım deyil. Futbolçuların hər biri öz məsuliyyətini dərk edir.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər