“Heyətimizdə müəyyən itkilər var. Sabah bir sıra əsas oyunçumuz meydana çıxmayacaq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsinin son turunda sabah “Qəbələ” ilə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
- Artıq “Krasnodar” qrupdan çıxıb. Bakıya məcburən gəlmisiniz?
- Qələbə bizə birinci yeri tutmaq şansı verə bilər. Təbii ki, qalib gəlmək istəyirik. Hər oyuna yaxşı nəticə üçün çıxırıq.
- Vanderson sabah start heyətdə olacaq?
- Bəli, bunu planlaşdırırıq. Son vaxtlar əsas heyətə layiq olduğunu göstərir.
-“Spartak” və “Kuban”la oyunlarda komandanız yaxşı təsir bağışladı, ancaq qapısından 5 qol buraxdı. Səhvləriniz nədən ibarətdir?
- “Spartak”la oyunda xeyli qol şansımız oldu. “Kuban”la görüşdə açıq futbol oldu. Daha əvvəl demişəm ki, müdafiə xəttində seçimimiz azdır. Ancaq daha diqqətli oynaya bilərik. Necə ki, “Borussiya” ilə görüşdə bunu bacardıq.
- Dortmund klubu ilə görüşün ən yaxşı oyununuz olduğunu demək olar?
- Belə düşünmürəm. Daha yaxşı oyunlarımız olub. Bəli, “Borussiya” ilə görüşdə çox güclü rəqibə qarşı yaxşı oyun sərgilədik.
- “Borussiya” üzərində qələbədən sonra PAOK – “Qəbələ” oyununu izlədiniz?
- Qrupdan çıxsaq da, həmin oyunu izlədik. “Qəbələ”nin yaxşı kollektivi var. Bu rəqibimiz bütün Rusiya üçün maraqlı komanda oldu.
- Sabah hansısa ekspermentlər etmək fikiriniz var?
- Adətən yoxlama oyunlarında eksperment edirlər. Bu matçın nəticəsi bizim üçün çox vacibdir.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması