“Klub daxilində elə şeylər baş verir ki, heç “Rəvan”ın sahibi Nuru Əliyevin bunlardan xəbəri olmur. Klubda olan "köhnə qurdlar"mı, ən sonuncu adamlarmı deyim, futbolu yox, öz mənafelərini düşünürlər”
"Kimlərsə kimlərinsə əli ilə istəklərinə çatdı. Rəhbərlik mənə dəstək verirdi. Nuru Əliyev və Bəhruz Şirəliyev mənə dəstəyini əsirgəmədi. Amma bəziləri var ki, onlarla işləmək mümkün deyil. Özləri bilir kimi deyirəm. Onlar sırf öz mənafelərini güdürdülər”.
Bu sözləri "Rəvan”ın sabiq baş məşqçisi Emin Quliyev “Futbol+” qəzetinə müsahibəsində deyib.
Azərbaycan Premyer Liqasının VIII turunda "Kəpəz"ə (0:2) məğlubiyyətdən sonra istefaya göndərilən gənc mütəxəssis gedişi ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, bəzi futbolçular qəsdən zəif çıxış edirdilər: "Onu bilirəm ki, bəzi futbolçular oynamadılar. Mən də futbolçu olmuşam. Hər dəfə eyni adamlar eyni səhvləri edirdilər. Heç kimin babalını yuya bilmərəm, amma Allah hər şeyi görür. Məncə, həmin futbolçular klubun daxilində kimlərinsə sifarişlərini yerinə yetirirdilər. Nə oldu, yeni başlayanda yaxşı çıxış edirdilər, sonradan oynamadılar? Hər dəfə mənim ayağımın altını qazırdılar. İstəyirdilər, buyursunlar, işləyib özlərini göstərsinlər. Halbuki onlar klubun yaxşı vaxtlarında işləyiblər və heç nə etməyiblər. 7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər. Amma başqalarına "torba tikirlər". Belə olmaz axı. Nə qədər ki, klubda belə adamlar işləyir, nəticə olmayacaq. Jurnalistlər "Rəvan" haqda yazırsa, hamısı düzdü. Moskvadan uşaqları ac-susuz gətiriblər. Özümüz yoldaşlıq oyunlarına gedəndə uşaqlar ac qalırdı. Belə problemlər üst-üstə yığılır, sonra da "nəticə" görünür. Klub daxilində elə şeylər baş verir ki, heç “Rəvan”ın sahibi Nuru Əliyevin bunlardan xəbəri olmur. Klubda olan "köhnə qurdlar"mı, ən sonuncu adamlarmı deyim, futbolu yox, öz mənafelərini düşünürlər. Azərbaycanda futbol adamları nə qədər işləməsə, belə olacaq".
Qeyd edək ki, "Rəvan” ilk 8 turda 2 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır (korner.az).
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"