“Zirə”nin çernoqoriyalı hücumçusu İqor İvanoviçin Qol.Az saytına müsahibəsi
- İqor, səninlə ilk söhbətimiz “Rudar”ın heyətində çıxış etdiyin zaman Çempionlar Liqasında “Qarabağ”la cavab matçından öncə baş tutmuşdu. Həmin vaxt qeyd etmişdin ki, Azərbaycan futbolu haqqında heç bir məlumatım yoxdur. Bəs necə oldu ki, Çernoqoriyadakı oyundan sonra “Zirə”yə transfer olundun?
- Həqiqətən ilk vaxtlar futbolunuz haqqında heç bir məlumatım yox idi. Bunu sizə ilk müsahibəmdə də bildirmişdim. “Qarabağ”la oyundan sonra Azərbaycan futbolu ilə ilk tanışlığım oldu. Ölkənizin iki klubunun Avropa Liqasında oynaması da futbolun nə qədər inkişaf etdiyini göstərir. Mən də Azərbaycandan gələn təklifi müsbət dəyərləndirdim və qərarıma görə peşman deyiləm. “Zirə”də oynayandan sonra gördüm ki, həqiqətən də Azərbaycanda güclü klublar çoxdur.
- Bəs Çernoqoriya çempionunun heyətindən Azərbaycana, Premyer Liqada debütant bir kluba gəlməkdə məqsədin nə idi? Hər halda heç kim “Zirə”nin belə iddilalı olacağını əvvəlcədən bilmirdi.
- “Qarabağ”la Çempionlar Liqasında oynadığımız zaman stadiondakı atmosfer məni valeh etmişdi. Ümumiyyətlə, “Qarabağ”da daxil olmaqla Azərbaycandakı klubların maddi durumu Çernoqoriyadan çox yaxşıdır. “Zirəyə” gəlməkdə əsas məqsədim burda özümü daha yaxşı göstərib “Qarabağ” kimi iddialı klublarda oynamaqdır. Azərbaycanda futbol üçün hər şey var. Yeganə problem süni örtüklü stadionlardır.
- Amma etiraf edək ki, Çernoqoriyada da stadionların durumu heç də ürəkaçan deyil.
- Təbii ki, Çernaqoriya ilə müqaisə etsək, Azərbaycandakı stadionlar daha yaxşıdır. Sadəcə, bəzi ot örtüyü süni olan stadionlar bizim üçün çətinlik yaradır. Stadionlardakı problem deyəndə də bu amili nəzərdə tuturdum.
- Azərbaycana gələndən sonra düşündüyün kimi güclü bir çempionatla qarşılaşdın, yoxsa yanılmısan?
- Yox, yanılmamışam. Futbolunuz sürətlə inkişaf edir. Artıq Azərbaycanın iki klubu, “Qəbələ” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Düşünürəm ki, hər iki klub qrupda kifayət qədər yaxşı oyun sərgiləyir. Bu da Azərbaycan futbolundakı irəliləyişin bir göstəricisidir. İnanıram ki, ildən-ilə futbolunuz daha da inkişaf edəcək.
- Premyer Liqamızın 8-ci turunda “Qarabağ”la qarşılaşacaqsınız. “Rudar”ın heyətindəki oyunlarını da nəzərə alsaq, artıq 3-cü dəfə bu komandaya qarşı oynayacaqsan.
- Bəli, iki dəfə “Qarabağ”a qarşı oynamışam. Amma onları məğlub edə bilmədik. İnanıram 3-cü uğurlu alınacaq.
- Ölkə çempionatında həm “Zirə”, həm də “Qarabağ” 7 turdur məğlub olmur. Yəni düşünürsən ki, siz “Qarabağ”ın məğlubiyyətsizlik seriyasına son qoyacaqsınız?
- “Qarabağ”la matçda bərabərlik də bizim üçün yaxşı nəticə olar. Məğlub olmaq haqqında qətiyyən düşünmürəm. İnanıram ki, qalib gəlib, biz onların uğurlu seriyasına son qoyacağıq.
Ergün SEYİD
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə