Çeçenistan prezidenti Ramzan Kadırov əslən azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovla müqavilə bağlayıb.
Qol.Az-ın "Report"a istindən yaydığı məlumata görə, dəfələrlə dünya və Avropa çempionu, planetin əfsanəvi döyüşçülərindən olan Z.Səmədov beynəlxalq turnirlərdə "Axmat" klubunu təmsil edəcək.
Anlaşmaya 31 yaşlı idmançı ilə klubun prezidenti Abuzayd Vismuratov imza atıb. "Mauqli" ləqəbli idmançının iştirakı ilə ilk yarış "Qroznaya bitva-11" ("Qəzəbli döyüş-11") olacaq. Turnirin dekabrın sonlarında təşkili nəzərdə tutulub.
Çeçenistan prezidenti Z.Səmədovun parlaq qələbələri ilə klubu şöhrətləndirəcəyinə əminliyini vurğulayıb. Artıq o, "Mauqli" və məşqçilərin iştirakı ilə boks üzrə maraqlı məşq etdiklərini də açıqlayıb. Dörd raundluq sınaq döyüşlərinin yekununda R.Kadırov azərbaycanlı idmançının cəld reaksiyaya və kəskin zərbəyə malik olduğu, özünü müdafiədə yaxşı hiss etdiyi qənaətinə gəlib.
Z.Səmədov "Report"a açıqlamasında Azərbaycanı xaricdə peşəkar idmançı kimi təmsil etməkdən qürur duyduğunu bildirib. Bununla yanaşı, o, gələcəkdə öz ölkəsinin klublarından birində çıxış etmək arzusunda olduğunu açıqlayıb: "Əvvəllər Belarus klubunun üzvü kimi də döyüşlərə qatılmışam. Artıq "Axmat" klubu adından mübarizə aparacağam. Əlbəttə, çox istərdim ki, gələcəkdə Azərbaycan klublarında çıxış edim. Amma harada olsam, yenə Azərbaycanı böyük qürurla təmsil edəcək, öz ölkəmin adını daim uca tutmağa çalışacağam".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə