“Barselona”lı futbolçular Sofiyadakı oyuna baxsaydılar, millimizin oyunçularının hansı qabiliyyətlərinə həsəd aparardılar?
Futbol millimizin ardıcıl 4 oyun uduzmaması məndə komandamızı Sofiyada dəstəkləməyə qarşısı alınmaz həvəs yaratdı. Elə buna görə Bolqarıstana sərfəli səfər variantını seçdim: Bakıdan İstanbula təyyarə ilə, ordan Sofiyaya avtobusla. 10 saatlıq avtobus yolçuluğu istər-istəməz diskomfort yaratsa da, millimizin gözəl oyunun verdiyi stimul sayəsində yorğunluğumu unudacağımı düşünürdüm. Heyf ki, Prosineçki və millimizin futbolçuları ilə planlarımız üst-üstə düşmədi. Komandamızın qanqaraldıcı oyununa keçməzdən öncə Sofiya haqqında qısa da olsa, təəssuratlatımı bölüşməyə ehtiyac duydum.
“Tramvay parka gedir”
Oyun günü – oktyabrın 13-də Sofiyada futbol ab-havası hökm sürmürdu, hər kəs öz iş-gücündəydi və şəhərin küçələrində belə günlərdə xüsusi atmosfer yaradan gənclər gözə dəymirdi. Sofiyada köhnə bakılıları keşmişə qaytaran tramvay fitini hər 5 dəqiqədən bir eşitmək mümkündü. Hələ trolleybusları demirəm, Sofiya keçmiş Bakı həsrəti ilə yaşayan həmvətənlilərimiz üçün əsl təsəlli yeridi. Bu hisslərə rəhmətlik Qabilin “Tramvay parka gedir” şeir ilə bir az da romantika əlavə edəndə əsl qürbət ab-havası alınır. Nəsə, Sofiya tramvaylarından bu qədər danışmaq kifayətdi.
Ərzağın qiymətlərinə gəlincə, Bakıya nisbətən uçuzluqdu. Stadionun yaxınlığında yerləşən kafedə döyülmüş ət və kartof frisindən ibarət yeməyə, 2 salata və 1 təbii şirəyə 8 lev (təxminən 5 manat) ödəməyim lap kefimi yüksəltdi. Kefdən söz düşmüşkən, məncə, oyunöncəsi
Millimizin futbolçularının kefi yerindəydi
Sofiyaya oyundan 2 gün öncə, çarter reysi ilə gələn milli komandamız bahalı otellərdən sayılan “Hilton”da yerləşmişdi. İnsafən demək lazımdı ki, AFFA millinin yaxşı nəticə qazanması üçün çox vaxt lazımi şərait yaradır: çarter reysi, normal otel, media və azarkeşlərin iştirakı.
Stadionda Bolqarıstandakı Səfirliyimizin dəstəyilə təxminən 50-ə yaxın azarkeş oyunçularımızı yaxşı oynamağa ruhlandırırdı. Azsaylı bolqar azakeşlərlərin qırışığını açan elə bizimkilərin (futbolçuların yox ha, azarkeşlərin) qələbə arzusu oldu, onlar da bizə baxıb tənbəl-tənbəl öz komandalarını dəstəkləməyə başladılar.
Oyundan sonra oyundan əvvəlki Prosineçkiyə 3 irad
Matçın ölkəmizdə çanlı yayımlandığını nəzərə alıb, məşqçilərin taktiki gedişləri, oyunçuların fiziki və texniki göstəriciləri haqda ətraflı danışmağa lüzum görməsəm də, birbaşa deyim ki, Prosineçki əsas heyəti yanlış formalaşdırmışdı. Baş məşqçinin məcburiyyətdən Ruslan Abışovu etibarlı müdafiəçimiz Bədavinin yerində, müdafiədə oynatmağını anlayışla qarşılasam da, bir azarkeş kimi əsas heyətin 3oyunçusu ilə bağlı kəskin iradım var:
- Rəqibin gücünə baxmayaraq hücümameylli futbol oynamaq iddiasında olan komandada niyə müdafiənin solunda Arif Daşdəmirovun əvəzinə Məhəmməd Mirzəbəyov əsas heyətə daxil edilmişdi?
- Baş məşqçi hansı əsasla son turlar komandasının əsas heyətində oyuna çıxan Eddi İsrafilovun əvəzinə debütant - Elnur Cəfərovu ilk 11-də oynadırdı ki, onun da çox təbii olaraq rəqibin qarşısında ayaqları əsir və ikili mübarizələri fiziki baxımdan uduzurdu?
- Rəsmi oyunlarda sonuncu dəfə nə vaxt qol vurduğunu özü belə bəlkə unudan, haqlı olaraq azarkeşlərin qınaq obyektinə çevrilən Ruslan Qurbanovun əsas heyətdə nə işi vardı?

Matç zamanı millimizin hüçum qurmaqda çətinlik çəkməsi açıq-aşkar sezilirdi. Meydanın mərkəzində topu qəbul edən oyunçularımız kəsərli hüçum qurmaq əvəzinə, ya topu ünvansız olaraq hara gəldi atırdılar, ya da geriyə müdafiəyə qaytarırdılar. Yarımmüdafiə ilə müdafiə arasındakı ötürmələrimizin sayına görə hətta qısa ötürmələri ilə dünyaya səs salmış “Barselona” futbolçuları bizə həsəd aparardı. Təbii, xəbərləri olsaydı...
Qapının “kale” olduğundan xəbərsiz Kamran
Millimizin kapitanı Rəşad Sadıqov bugünlərdə verdiyi müsahibələrin birində demişdi ki, qapıda Kamran Ağayev duranda müdafiədə daha güvənli oynayır. Deyəsən, millidə son oyunlarına çıxan kapitan ya Kamranın xətrinə dəymək istəməyib, ya da onun zarafatları bu ciddi oyunçuya da keçib. Bir anlığa elə siz də Kamranın həm millidəki, həm də klubundakı son çıxışlarını xatırlayın. Son dövrlərdə əvvəlki formasından çox uzaq oyunlar keçirən Kamran ümumiyyətlə, asmalarda qapısından çıxmağı “unudub”, çərçivədə gözləməyə üstünlük verir ki, bu da rəqibin yaxından baş və ayaqla rahat zərbə vurmasına imkan yaradır.

Artıq qapıçını millidə əvəz edəçək namizədlər haqqında düşünməyin vaxtı çoxdan çatıb. Hazırda zədəli olan “İnter”li Səlahət Ağayev və “Zirə”dəki oyunu ilə diqqətləri özünə çəlb edən Anar Nəzirov Kamranın yerinə ilkin namizdələrdən sayıla bilərlər.
“Nəticəsiz nəticələrə” kim məsuliyyət daşıyır?
Özünün də etiraf etdiyi kimi baş məqşçi Prosineçkinin milli karyerası tarixinə ən pis oyun kimi düşən Bolqarıstan matçında ayağının gücünə ürəyinin təpərini qatan, sonadək döyüşən Rəşad Sadıqov, Rahid Əmirquliyev,Dmitri Nazarov, Ruslan Abışov, Qara Qarayev və Əfran İsmayılovun zəhmətini xüsusi qeyd etmək lazımdır. AFFA-nı, Prosineçkini bilmirəm, amma biz azarkeşləri bir sual çox düşündürür: ötən mərhələ qrupumuzda axırıncı yeri tutan Şimali İrlandiya necə oldu ki, “Avro2016”nın final mərhələsinə qrup birincisi kimi gedir?! Bu sual Şekspirin məşhur qəhramanının “olum, ya ölüm” sualına çatmasa da, hər halda üstündə baş sındırmağa dəyər. İndiki çətin iqtisadi vəziyyətdə ölkə rəhbərliyinin birbaşa diqqət göstərdiyi, AFFA-nın külli miqdarda pul ayırdığı milli komandanın “nəticəsiz nəticəsinə”görə kimsə cəzalandırılacaqmı? Yoxsa bu məğlubiyyətdən sonrada məşhur aparıcımızın təbirincə,“bir külək idi, film idi, baxdıq getdi” deyib, keçəcəklər. Bəlkə, bunun əvəzində qonşularımızın özünü doğrultmayan Kapello, Hiddink təcrübələrindən nəticə çıxarıb, xarici ortabab məşqçilərə milyonlarla pul xərcləməyə “yetər” deyək, Avroliqada 2 il dalbadal qrup mərhələsi oynayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova “buyur, gəl” deyək?
Məsuliyyət kimi seçim də AFFA-nındır. Ancaq kimə nə deyəcəyiksə, indidən seçimizi etməliyik ki, sonra top atıb başımızı tutmayaq.
Anar BAYRAMOV,
Qol.Az saytı üçün
Alman klubundan Mahir Emreli ilə bağlı rəsmi açıqlama
Musiala zədədən sonra ilk dəfə məşq etdi
Levandovski ən çox het-trik edən futbolçu oldu
Neymarın oyunu tənqid olundu
"Mourinyo mənim üçün əsl örnəkdir"
“Atalanta” baş məşqçisi ilə yollarını ayırdı
Qvardiola Haalandın qərarından narazı qaldı
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Millimizdən İslamiadada növbəti qələbə
UEFA-dan Babək Quliyevə təyinat
Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
“Real”ın qapıçısı zədələndi
2-ci liqada 8-ci tur 3 oyunla start götürdü
Azərbaycan təmsilçiləri İslamiadada bürünc medal qazandılar
"Neftçi"nin futbolçuları yığma komandalarda
"Napoli" Konte ilə yolları ayıra bilər
Azərbaycanlı futzal hakimi ilk dəfə final mərhələsində
"Ümid edirəm ki, bir gün qayıdacam" - Messi "Kamp Nou"da
İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalandı
“Sumqayıt”ın legionerləri milli komandalara dəvət aldılar
Fransa millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq
Bundesliqa klubunda baş məşqçi ayrılığı
Azərbaycan klubunu tərk edib “Fiorentina”ya keçdi
“Qarabağ” kimi komandalar Abubakara heç bir şans verməz”
Azərbaycan futbolunun “El Klasiko”sundan - Reportaj
Aleksey İsayev 100-ə çatdı
"Fənərbaxça"nın oyunundakı 6 qol - Video
Slot "Mançester Siti"yə məğlubiyyətdən danışdı
"Zirə" 400-cü oyununa çıxıb
Müasir dövrdə idmanın rolu və inkişafı
"Sabah"ın Azərbaycan çempionatlarındakı yubiley qolu
Leandovski Neymarı keçdi, Enrikeyə çatdı
"Mançester Siti"nin "Liverpul"a vurduğu qollar - Video
Levandovski “Barselona”ya het-triklə qələbə qazandırdı
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
"Mançester Siti" "Liverpul"a böyük hesabla qalib gəldi
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti
"Qarabağ" derbidə "Neftçi"ni belə məğlub etdi - Video