Azərbaycan kuboku: ilk oyunların hakimləri bəlli oldu

Azərbaycan kuboku: ilk oyunların hakimləri bəlli oldu
XƏBƏR 13 Oktyabr 2015 / 17:01 2569
-  A +

Azərbaycan kubokunda 1/16 final mərhələsinin hakim təyinatları müəyyənləşib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mərhələnin hər üç oyunu sabah keçiriləcək.  

Kubokun 1/16 finalının oyunlarına hakim təyinatları aşağıdakı kimidir:



14 oktyabr

MOİK – “Turan Tovuz”
Hakimlər:
Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00

“Şahdağ” – “Şəmkir”
Hakimlər:
Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 14:00

“Şərurspor” – “Qaradağ Lökbatan”
Hakimlər:
Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov
“Bayıl Arena”, 20:00


Son xəbərlər