"Azərbaycan millisi ilə yanaşı azarkeşlərə qarşı da oynadıq"

"Azərbaycan millisi ilə yanaşı azarkeşlərə qarşı da oynadıq"
XƏBƏR 11 Oktyabr 2015 / 01:35 6416
-  A +

“Çox yaxşı oyun alındı. Azərbaycan millisi bizə ilk hissədə çətin anlar yaşatdı. Hətta hesabı tez açmağımıza başxmayaraq cavab qolu da vurdular. Amma biz sona kimi mübarizə apardıq qələbə qazandıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında İtaliya millisinin futbolçusu  Matteo Darmian yığmamız üzərində 3:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Komandasının üçüncü qolunun müəllifi olan 25 yaşlı müdafiəçi qələbənin asan olmadığını bildirib:  “Mərhələ keçdiyimizə görə çox şadıq. Məncə, biz çox iş görmüşük. Sona bir tur qalmış Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandıq. Bu gün biz Azərbaycan millisi ilə yanaşı azarkeşlərə qarşı da oynadıq. Əslində belə bir atmosferdə oynamaq çox çətindir. Amma lazım olan qələbəni qazandıq və mərhələ keçdik. Komandamız çox yaxşı oynadı.

Bəzən səhvlər olurdu. Bunun da tək səbəbi odur ki, Kontenin rəhbərliyi altında çox az məşq etmişik.  Yavaş-yavaş onun tələblərini meydanda göstərməyə çalışırıq. Amma ümumilikdə komanda olaraq çox yaxşı oyun göstərdik”.

Son xəbərlər