"Avro-2016"nın seçmə mərhələsi çərçivəsinə Azərbaycan millisi sabah İtaliya yığması ilə qarşıalacaq. Artıq Antonio Kontenin komandası Bakıdadır. Oyundan bir gün öncə qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionu ilə tanış olan rəqibimiz matçın hazırlıqlarını tamamlayacaq.
Bakıya təşrif buyuran qonaqlar arasında məşhur italiyalı Covanni Trapattoni də var. 2002-ci ildə komandaların Bakıdakı görüşündə İtaliya yığmasının baş məşqçisi kimi paytaxtımıza gələn mütəxəssislə söhbətləşməyə bilməzdik. Hazırda RAİ TV-də futbol mütəxəssisi kimi fəaliyyət göstərən Trapattoni müsahibəsində maraqlı açıqlamaları ilə yadda qaldı.
- 13 ildən sonra yenidən Bakıdasız. Qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- İtaliya Avropanın super komandalarındandır. Onların qrup lideri olması bunun sübutudur. Amma 100 faiz qələbə qazanacağımızı deyə bilmərəm. Futbol 90 dəqiqədir. Buna görə də, nəticəni əvvəlcədən demək olmaz.
- Azərbaycan millisinin Xorvatiyaya qarşı keçirdiyi matçı izləmisiz?
- Azərbaycan həmin oyunda çox yaxşı futbol sərgiləmişdi. Hətta qələbə də qazana bilərdi. Fikrimcə, rəqibə qarşı ciddi müqavimət göstərməyinizdə mentalitetin də rolu vardı. Çünki azərbaycanlı futbolçular meydanda ürəyini qoyur. Xorvatiya da Avropanın güclülərindəndir. Onlara qarşı millinizin belə oynayacağını gözləmirdim. Bu, mənim üçün sürpriz oldu. Xorvatiya millisinin heyətində elə fubtolçular ki, bütün dünya onlardan danışır. Futbolun da gözəlliyi belə nəticələrdədi. Azərbaycan bizə qarşı da belə çıxış edə bilər. Bundan ehtiyatlı olmalıyıq.
- Berti Foqtsun zamanında da Azərbaycan millisini izləmisiz. Sizcə, onun gedişindən sonra millimizdə nə dəyişib?
- İtaliya millisinin rəqibi Robert Prosineçkinin gəlişindən sonra daha çox hücuma qoşulur. Müasir futbolda oyunçuların necə oynayacağı birbaşa baş məşqçidən asılıdı. Azərbaycanlı futbolçular sabah qələbə üçün də oynaya bilər. Bunu nəzərə alaraq, öncədən İtaliyanın hansı nəticəyə imza atacağını söyləmək çox çətindi. 90 dəqiqəni gözləmək lazımdı. Fikrimcə, sabah daha çox texnikalı oyunun şahidi olacağıq. Son görüşlərdə gördüm ki, Azərbaycan millisi çox artırıb. Mən futbolla məşğul olanda Antonio Konte uşaq idi. İndi isə o, İtaliya millisinin baş məşqçisidi və fikrimcə, yaxşı komanda yarada bilib.
- Əvvəllər İtaliya millisində ulduz futbolçuların sayı daha çox idi. İndi isə tanınmış simalara elə də çox rast gəlmirik...
- Fikrinizlə razıyam. Əvvəl biz daha çox ulduz oyunçularla çıxış edirdik. Amma Konte komandanı dəyişə bilib. Gənc futbolçularla yaxşı oyun nümayiş etdirir. Elə bu seçmə mərhələ bunun bariz nümunəsidi.
- Təcrübəli mütəxəssis kimi necə düşünürsüz, Prosineçki Azərbaycan millisinə nə qazandıracaq?
- O, böyük futbolçu olub. Məşqçi kimi də özünü sübut etməyə başlayıb. Onun məşqçi kimi necə biri olduğunu Xorvatiya ilə Bakıdakı oyunda da gördük. Onun başçılığı ilə azərbaycanlılar Avropa və Dünya çempionatının final mərhələsinə qatılmağı arzulaya bilər.
Mənbə: sport7.az
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü