"İtaliya yığması da bu oyuna çox ciddi hazırlaşıb və nəticə üçün gəlib. Bunu həm baş məşqçinin, həm də futbolçuların açıqlamalarında görmək olar".
Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının və Bakı "İnter"inin hazırda zədəli futbolçusu Rauf Əliyev İtaliya yığması ilə "Avro-2016-nın seçmə qrup matçı barədə danışarkən deyib.
Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə oyun zamanı zədələndiyi üçün millinin heyətinə cəlb olunmayan 26 yaşlı hücumçu bildirib ki, rəqibin oyuna ciddi hazırlaşması Azərbaycanın xeyrinə olmaya bilər: "Ona görə biz də sabahkı matça çox ciddi hazırlaşmalıyıq. Bakı Olimpiya Stadionunda komandamız ilk görüşünə çıxacaq. Bu futboldur, hər şey ola bilər. Amma necə Xorvatiyadan xal aldıqsa, İtaliyadan da o cür ala bilərik".
Robert Prosineçkinin baş məşqçi postuna gəlişindən sonra Azərbaycan millisi 1 qələbə, 3 heç-heçəyə nail olub. Son 4 oyunda yığmanın məğlub olmadığını xatırladan forvard bu göstəricinin davam edə biləcəyini deyib: "Mümkünsüz heç nə yoxdur. Xorvatiya ilə oyundan öncə hər kəs başqa cür nəticə deyirdi, amma 90 dəqiqənin sonunda rəqibdən xal aldıq. Yenə xal ala bilərik, amma nəzərə almaq lazımdır ki, İtaliya tam fərqli oyun göstərəcək".
Hazırda Azərbaycan millisində ən ciddi problem hücum xətti ilə bağlıdır. R.Əliyevin zədəli, digər təcrübəli qolçuların oyun praktikasının yoxluğu üzündən R.Prosineçki gənc Elnur Cəfərovla Ruslan Qurbanova dəvət göndərib. Son illər yığmada ən çox qol vuran hücumçu isə İtaliya ilə oyuna çağırılan forvardlar haqda danışmaq istəməyib: "Komanda yoldaşlarım barədə heç nə deyə bilmərəm. Milli komandaya dəvət alıblarsa, demək baş məşqçi belə məsləhət görüb. Onlar baş məşqçinin inandığı futbolçulardır".
Sonda R.Əliyev oyunla bağlı proqnozunu açıqlayıb: "Düşünürəm ki, görüş qolsuz və ya 1:1 hesablı bərabərliklə başa çatacaq. Qələbə isə bizim üçün möcüzə olardı".
Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya matçı saat 21:00-da başlanacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video