Azərbaycan Premyer Liqasının V turunun “İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarına 100-cü dəfə məğlub olub.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada məğlubiyyətlə üzləşib.
Hesabında 113 qələbə və 90 heç-heçə edə olan bakılılar həm də antirekorda imza atıb. AZAL əvvəlki 4 turda olduğu kimi yenə də quru hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə də xal qazanır.
AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınıb.
1992. “Xəzər” (Lənkəran) – 2 xal, 0-8
2004/05. “Göyəzən” (Qazax) – 1 xal, 0-4
2015/16. AZAL (Bakı) – 0 xal, 0-7
AZAL mövsümün ilk 5 oyununda uduzan 9-cu komanda olub. Lakin əvvəlki klubların hamısı startda ən azı 1 qol vurub. Sonuncu belə hadisə 11 il əvvəl yaşanıb.
1992. “Şirvan” (Kürdəmir) – 0 xal, 1-18
1994/95. “Xəzər” (Sumqayıt) – 0 xal, 1-24
1995/96. MOİK (Bakı) – 0 xal, 4-19
1995/96. “Pambıqçı” (Neftçala) – 0 xal, 2-15
1996/97. “Şəmkir” – 0 xal, 1-25
1998/99. “Şahdağ” (Qusar) – 0 xal, 5-28
2003/04. “Lokomotiv” (İmişli) – 0 xal, 4-20
2004/05. “Şəfa” (Bakı) – 0 xal, 3-17
2015/16. AZAL (Bakı) – 0 xal, 0-7
Qeyd edək ki, AZAL-ın son xalı və qolu ötən mövsümün 36-cı turuna təsadüf edib. Bakılılar matın 28-də “Neftçi”ilə qarşılaşmada (1:1) bunu bacarıb. Həmin vaxtdan 5 oyundur məğlub olan AZAL-ın tarixində ən uzun məğlubiyyət seriyası isə 2006-cı ildə qeydə alınıb – ardıcıl 7 məğlubiyyət.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?