"Məqsədimiz qış fasiləsindən sonra da Avropa Liqasında mübarizəni davam etdirməkdir. Yəni, qrup mərhələsini adlayaraq 1/16 finala vəsiqə qazanmaq istəyirik.
Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Anderlext"in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
43 yaşlı mütəxəssis qrupdakı rəqiblərindən olan "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Çətin bir qrupa düşdük. Yaxşı komandalarla qarşılaşacağıq. Təbii ki, "Qarabağ"ı qitmətləndirməyə bilmərik. Çoxları onları kiçik komanda kimi görür. Ancaq "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"ə çətin anlar yaşadıblar. Bu səbəbdən onlara qarşı oyunların asan keçməyəcəyini düşünürəm".
Qeyd edək ki, J qrupunda qərarlaşan "Anderlext" "Qarabağ" (Azərbaycan), "Tottenhem" (İngiltərə) və "Monako" ilə mübarizə aparacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq