Qurban Qurbanov püşkü dəyərləndirdi

Qurban Qurbanov püşkü dəyərləndirdi
ÖLKƏ FUTBOLU 28 Avqust 2015 / 18:10 15962
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən mütəxəssis güclü rəqiblərlə qarşılaşmağın Azərbaycan futboluna faydalı olacağını bildirib:

“Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidir. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün maraqlı olacaq. Bu kimi  komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq”.

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsinə “Tottenhem” (İngiltərə), “Monako” (Fransa) və  “Anderlext”lə (Belçika) mübarizə aparacaq. 

Daha çox


Son xəbərlər