Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Kəpəz” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssisin matçı belə şərh edib:
“Futbolçularımız çalışırdı ki, müdafiədən hücuma daha yaxşı keçsinlər. Buna cəhdlər var idi. Amma bu, texniki cəhətdən alınmırdı. Həm AZAL, həm də “Kəpəz”lə oyunda bəzi futbolçulara şans verib, heyətdə dəyişikliklər etdik. Çünki avrokuboklarda oynamayanlara da imkan vermək lazımdır. Legioner limitinin də olması üzündən avrokubok və çempionatda fərqli heyətlərlə oynayırıq. Vojislav Stankoviçə istirahət, Vitali Verniduba oynamaq şansı vermək və ya bu cütün birlikdə çıxış etməsinə imkan yaratmaq lazım idi. Bir oyunla onların anlaşmasında ciddi dəyişiklik olmayacaqdı. Başqa üslubda çıxış edən “Kəpəz”lə matçda buna ehtiyac da yox idi. Çünki onların hər ikisini yaxşı tanıyıram. Bu müdafiəçilərin bir yerdə oynamasındansa, birinə istirahət vacib idi”.
Qriqorçuk UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 27-də Yunanıstanda “Panatinaikos”a qarşı keçiriləcək cavab oyunu haqda da danışıb: “Bu oyun haqda danışarkən ümid etmək ifadəsini inamla əvəz olunmasını istərdim. Əsas işimizin düzgünlüyünə inanmaq, əmin olmaqdır. Bu da nəticədə əksini tapanda daha yaxşı olur. Bura qədər hər şey istədiyimiz kimi alınıb. Pley-offda güclü komanda ilə qarşılaşırıq. İlk qarşılaşmada biz yaxşı oynasaq da, rəqib istədiyimiz, bacardığımız futbolu tam göstərməyə imkan vermədi. Rəqib zəif olanda istədiyin oyunu nümayiş etdirə bilirsən, amma əks tərəfdə daha güclü komanda mübarizə aparanda belə asan olmur. İndi bizim üçün nəticə çox vacibdir. Oyun planında irəliləyiş üçün vaxtımız olacaq. Amma cavab oyununda istənilən futbolla qalib gəlib, nəticə qazanmaq çox vacibdir. “Panatinaikos”la eyni yüksək tempdə oynamaq çətindir. İlk oyun da bunu göstərdi. Nəzərə almalıyıq ki, biz komandanın indiki heyətini iki ay əvvəl yığmışıq, “Panatinaikos” isə illərlə formalaşan kollektivə malikdir”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?