Zabit Səmədov bosniyalı rəqibinə qalib gəldi (VİDEO)

Zabit Səmədov bosniyalı rəqibinə qalib gəldi (VİDEO)
VİDEO 23 Avqust 2015 / 13:27 4952
-  A +

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.
 
Qol.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, ötən gün Çeçenistanın paytaxtı Qroznıda "Akhmat Fight Show" çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib.

Üçraundluq qarşılaşmadan sonra hər üç hakimin yekdil qərarı ilə Zabit qələbəni bayram edib. Döyüşdən sonra Zabit fikirlərini bölüşüb:

"Ətrafda dostlar, yerlilər və ən böyük azarkeş - dostum və qardaşım Ramzan Kadırov var. Mənə "Əhməd" klubunda çıxış etmək imkanı yaratdığı üçün Ramzan Kadırova minnətdarlığımı bildirirəm və öz qələbəmi Çeçen Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm".












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər