Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol (VİDEO)

Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol (VİDEO)
VİDEO 7 Avqust 2015 / 14:07 5416
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Vorskla" (Ukrayna) - "Jilina" (Slovakiya) matçını azərbaycanlı hakimlər briqadası idarə edib.

Qol.Az-ın məlumatına görə, FİFA referisi Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov köməklik edib.

Matçın əsas vaxtı 2:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb. İlk görüşdə Slovakiya klubu eyni hesabla qalib gəldiyi üçün cavab matçında əlavə vaxt təyin olunub. Burada komandalar hərəyə bir dəfə fərqlənib. Lakin səfərdə qol vurduğu üçün pley-off mərhələsinə "Jilina" klubu yüksəlib.

Əliyar Ağayev bu görüşdə meydan sahiblərinin 6, qonaqların 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. "Jilina"nın futbolçusu Spalek 99-cu dəqiqədə cərimə meydançası içərisində əllə oynadığı üçün ikinci sarı vərəqə, ardından qırmızı vərəqə alaraq meydandan qovulub.

Daha çox


Son xəbərlər