"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Apollon"a qalib gələrək “pley-off”a yüksəldikləri oyundan (1:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- “Pley-off”a vəsiqə qazanmaq çox çətin oldu?
- Oyundan dərhal sonra matçı analiz etmək olmur. Buna baxmayaraq düşünürəm ki, yaxşı oynadıq. Əsas odur ki, yaxşı müdafiə olunmağı da bacardıq. Biz bu oyunda da göstərdik ki, müdafiə də oluna bilirik. Amma yenə də biz hələ nələrinsə üzərində işləməliyik.
- Komanda yoldaşlarınızla bəzi oyun epizodlarında anlaşılmazlıq da olurdu...
- Mən belə deməzdim. Hər şey qaydasındadır. “Apollon”la görüşdə də hər şeyi ən yaxşı səviyyədə etməyə çalışdıq. Məncə, pis alınmadı. Ən əsası mərhələni biz keçdik.
- Səncə, “Qəbələ”dən “pley-off”da nə gözləmək olar?
- Əlbəttə, biz uğur qazanmaq istəyirik. Ancaq futbolda hər şey olur. Bu səviyyəyə gəlib çatmışıqsa, deyə bilərik ki, biz yaxşı oynayırıq. “Pley-off”da çıxış edəcək bütün komandaların şansları eynidir. Digərləri kimi biz də qrupa düşə bilərik. İlk dəfə “pley-off”da oynayacağımıza baxmayaraq, hər şey ola bilər.
- Yəni III təsnifat mərhələsi “Qəbələ” üçün maksimum nəticə sayılmırdı?
- Gəlin, irəliyə getməyək, səbr edək və gözləyək. Proqnoz verməyi heç xoşlamıram. İlk öncə uğurlarımızın sevincini yaşamaq lazmdır. “Apollon”la oyun geridə qaldı. İndi bizi Premyer Liqada “Qarabağ”la çətin və vacib qarşılaşma gözləyir.
- Cavid Hüseynov və Ürfan Abbasov “pley-off”un ilk matçında olmayacaq. Bu? oyununuza təsir edəcəkmi?
- Hər ikisi əsas heyət oyunçusudur. Ehtiyat oyunçularımız da bizimlə eyni səviyyəlidir. Ona görə də düşünürəm ki, onları əvəz edə biləcəyik. Əgər komanda həqiqətən güclüdürsə, o zaman itkini hiss etdirməməlidir.
Ergün SEYİD
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması