Zaur Svanadze: "Atletik"lə heç-heçə bizim üçün yaxşı nəticədir"

Zaur Svanadze: "Atletik"lə heç-heçə bizim üçün yaxşı nəticədir"
ÖLKƏ FUTBOLU 7 Avqust 2015 / 10:30 3359
-  A +

Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik"lə bərabərə qaldıqları cavab matçını şərh edib.

Qol.Az-ın Azerisport.az-a istinadən yaydığı xəbərə görə, gürcü mütəxəssis 0:0 (ilk oyun 0:2) hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

"Bütün problemlərimizə baxmayaraq, komandamız iki mərhələ keçə bildi. Amma üçüncü təsnifat mərhələsində bizə "Atletik" kimi rəqib düşdü. Bu komanda çox güclü və ciddi rəqibdir. Buna baxmayaraq, komandamız özünü yaxşı tərəfdən göstərdi, sonadək mübarizə apardı. Belə bir rəqibə qarşı heç-heçəni müsbət nəticə saymaq olar".


Son xəbərlər
25.05.26  19:14

"Real"a keçə bilər

25.05.26  18:49

Messi zədələnib?

topaz banner