"Bakı"nın icraçı direktoru Yaşar Seyidov bu gün jurnalistlər üçün brifinq təşkil edib. Qol.Az-ın futbolxeber.az saytına istinadən yaydığı xəbərə görə, o, öncə "zolaqlılar"ın yenidən Premyer Liqada oynamaq istəyindən danışıb:
“Bakı” mövsümün sonunda 9-cu oldu və I divizionda oynamalıdır. Lakin biz komandanın yenidən Premyer Liqada çıxış etməsini istəyirik”.
Klub rəsmisi bildirib ki, komandanın hazırda taleyi ilə bağlı son qərarı AFFA prezidenti verəcək:
“Dünən Hafiz müəllimlə görüşümüz oldu. Gecə saat 4-ə kimi hazırkı durumu müzakirə etdik. Bu dəqiqələrdə Hafiz Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşür. O görüşdə bütün suallara aydınlıq gələcək. Əgər, AFFA prezidenti razılıq versə, “Bakı” Premyer Liqada oynayacaq. Hazırda bəzi futbolçularla danışıqlar gedir. Amma indi onların adlarını açıqlaya bilmərəm. Premyer Liqada qalacağımız dəqiqləşsə, həmin futbolçuları heyətə qatacağıq”.
Y.Seyidovun sözlərinə görə, yeni mövsümdə Azərbaycan Premyer Liqasında 10 deyil, 12 komanda mübarizə apara bilər: “Biz hələ də Premyer Liqada oynayacağımıza ümid edirik. PFL prezidenti Ramin Musayev dünən dedi ki, Premyer Liqada 12 komanda oynayacaq. “Bakı”nın Premyer Liqada çıxış edəcəyinə razılıq verilsə, çempionatda 11 yox, 12 komanda yarışacaq. 12-ci komanda da artıq hazırdı”.
O qeyd edib ki, Novruz Əzimov hazırda “Bakı”nın baş məşqçisidir: “U-19-dakı fəaliyyəti onun komandamızdakı işinə mane olmayacaq. Özünüz də bilirsiniz ki, o, komandamız üçün yad adam deyil. İlk gündən “Bakı”nın yanında olub”.
Klub rəsmisi istənilən halda heyətin güclənəcəyini bildirib: “Bakı” Premyer Liqada qalsa və iddalı olsa Novruz Əzimov yenə də məşqçilər korpusunda qalacaq. Heyətimiz də istənilən halda güclənəcək. Əmin olun ki, “Bakı” I divizionda oynasa belə, komandada sürpriz adlar görəcəksiniz”.
O, FİFA tərəfindən paytaxt klubuna transfer qadağasının qoyulmasına toxunub: "İndi demək olar ki, bütün klublarımız belə bir sanksiya ilə üzləşib. Gizlətmirəm, bizim borclu olduğumuz bir neçə futbolçu var. Amma bu problemi də həll edə bilərik. Borclu olduğumuz ümumi məbləği açıqlamaq istəməzdim. Lakin bu, elə də çox deyil. Onu da qeyd etmək istərdim ki, bizdə müqavilələr peşəkar qaydada bağlanmır. Əksər klublar dörd fərqli müqavilə imzalatdırırlar. Bundan sonra isə AFFA klubların futbolçularla tam peşəkar əsaslarla müqavilə bağlamasına nəzarət edəcək".
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel