"Görüləcək işlər çoxdur" – Adil Şükürov

"Görüləcək işlər çoxdur" – Adil Şükürov
XƏBƏR 22 İyul 2015 / 11:32 2759
-  A +

"Bu oyunda komandanın yüklənmə dövründə özünü necə hiss etdiyini bilmək istəyirdik. Üzərində işlədiyimiz taktiki tapşırıqların necə qavrandığını və kollektiv oyunun hansı formada olduğunu öyrənməyə çalışdıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Gürcüstanın "Şukura" klubu ilə keçirilən yoxlama oyunu haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasında olan problemlərdən danışıb: "Nəticə bizim üçün önəmli deyildi. Böyük hesabla uduza və ya qələbə qazana da bilərdik. Əsas qeyd etdiyim məsələlərdi. Ayrı-ayrı epizodlarda yaxşı oynadıq. Ancaq taktiki cəhətdən problemlərimiz var. Bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Ümumiyyətlə görüləcək işlər çoxdur. Oyun təcrübəsinin azlığından yaranan səhvlər də var”.

Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq