"Bavariya"nın futbolçusu Frank Riberi gələn ay başlayacaq Almaniya Bundesliqasının ilk turlarında oynaya bilməyəcək.
Qol.Az-ın "sport1.de"yə istinadən verdiyi xəbərə görə, bu barədə fransalı futbolçunun özü məlumat verib.
Mart ayında zədələnən Riberi mövsümün startına qədər hazır olmayacağını bildirib: "İlk dəfədir ki, belə uzun müddət ağrı hiss edirəm. Yaşıl meydanlara nə zaman qayıdacağımı bilmirəm. Ancaq formamı bərpa etmək üçün mənə vaxt lazımdır. Əlimdən gələn hər şeyi edəcəm, ancaq mövsümün startına hazır olmayacam".
Qeyd edək ki, Bundesliqada 2015/2016 mövsümü avqustun 14-də başlayacaq.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu