"Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdur. Ötən mövsüm Avroliqada "Qarabağ"ın "Sent–Etyen" və "İnter"lə oyunlarını izləmişəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Alharbi El Jadeyaoui klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı Əlcəzair əsilli futbolçu "Qarabağ"a uğur qazanmaq üçün gəldiyini bildirib: "Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub, meydana çıxmaqdır. Çempionlar Liqasında maksimum uğur qazanmaq xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".
Qeyd edək ki, "Qarabağ" bu gün Alharbi ilə iki illik müqavilə imzalayıb.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır