“Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər”.
Qol.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə müsahibəsində bildirib.
MOK rəsmisi qeyd edib ki, əgər Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürsə, Avropa Olimpiya Komitəsinin buna müsbət baxacağına inanır: "Oyunların keçirilməsi üçün təkcə İstanbulda deyil, Mərsin və Antalyada da hər cür şərait var. Oyunların Türkiyədə keçirilməsi ilə bağlı son qərar siyasətçilərindir”.
“Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən H.Arat bu günə qədər hər şeyin mükəmməl təşkil olunduğunu vurğulayıb: "İllər keçdikcə Avropa Oyunlarının önəminin daha da artacağına inanıram. Açılış mərasimində iki əhəmiyyətli hadisə baş verdi. Birincisi, Ermənistan komandası minlərlər azərbaycanlının önündən keçməyə cəsarət etdi. İkincisi isə türkiyəli idmançılar arenaya daxil olanda azərbaycanlıların böyük sevgisinin şahidi oldular. Türkiyə nümayəndə heyətinin qarşılaşdığı bu sevgi tarixi hadisədir”.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır