"Avropa Oyunlarında qazandığım bu medalı ilk növbədə ailəmə, evdə məni gözləyən körpə qızıma həsr edirəm. Qızım mənim üçün darıxır, mən də onun üçün çox darıxıram".
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu bu gün "Bakı-2015" Birinci Avropa Oyunlarında 55 kq çəki dərəcəsində mübarizə apararaq Azərbaycana bürünc medal qazandıran qadın güləşçimiz Nataliya Sinişin deyib.
Avropa Oyunlarının üçüncüsünün fikrincə, yarışda medal qazanmaq həmişə xoşdur:
"Təbii ki, həmişə qızıla can atmaq lazımdır. Lakin belə yarışlarda bürünc medal qazanmaq da pis nəticə deyil. Demək olar ki, mən qızılı əldən buraxdım. Finala çıxış görüşümdə hesabda irəlidə idim, amma səhvlərə yol verdim və bu, mənə qızıl medalı itirmək bahasına başa gəldi. Mən arxayınlaşmadım. Sadəcə, özüm də bilmirəm, necə oldu ki, belə alındı".
N.Sinişin bütün dostlarına, ona bu uğuru qazanmaqda kömək olmuş hər kəsə, məşqçisi olan həyat yoldaşına, Azərbaycan Güləş Federasiyasına təşəkkür edib.
Güləşçimiz yarış zamanı zaldakı tamaşaçıların verdiyi dəstəyə görə də onlara minnətdarlığını bildirib: "Zalın dəstəyi möhtəşəm idi. Bu, çox xoşuma gəldi. Mənə azarkeşlik etməyə gələn hər kəsə təşəkkür edirəm. Bu dəstək, səni necə qarşılamalarını, alqışlamarını görmək bizə qalib gəlməkdə çox kömək olur".
Əslən özü də ukraynalı olan Nataliya bürünc medal uğrunda həmvətəni Tetyana Kitlə görüşməsinə də münasibət bildirib: "Xalça üzərində hər bir güləş prinsipial xarakter daşıyır. Bu, rəqibin rusiyalı, isveçli, amerikalı olmasından asılı olmayaraq belədir. Çünki bu, şəxsi xarakterli yarışmadır. Hər kəs özü üçün mübarizə aparır. Bütün idmançılar medal qazanmaq istəyir. Əks halda bu qədər müddətdə məşq etmək nəyə lazımdır?"
Ukraynada olarkən T.Kitlə əvvəllər bir yerdə məşq etdiklərini deyən N.Sinişin rəqibi haqqında xoş sözlər söyləyib.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi