"Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi medal gətirirəm".
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu bu gün "Bakı-2015" birinci Avropa Oyunlarında yunan-Roma güləşində qızıl medal qazanmış və qələbəsini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə hərbi salam verən Azərbaycan təmsilçisi Rəsul Çunayev deyib.
O, finala gedən yolundan belə bəhs edib: "Finalda qalib gəldiyi Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşmışdıq, 2 dəfə mən, 2 dəfə də o qalib gəlmişdi. O, ötən dəfə Bakıda udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış qabağı xəstələnmişdim. nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyildim və buna da nail oldum. İlk görüşdə Moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Oonun üzərində də qələbə qazandım. Yarımfinalda isə bolqar idmançısını asanlıqla məğlub etdim. Finalda da qalib gəldim".
Avropa Oyunlarının qalibi ilk görüşdəki nisbətən zəif çıxışını da xəstəliyi ilə əlaqələndirib: "Dediyim kimi xəstə idim. Bu səbəbdən birinci görüş çətin keçdi. 6:0 irəlidə idim, amma fikirləşdim ki, 8:0 olmalıdır. hakim 2 xalımı vermədi. Bundan sonra müdafiəyə çəkildim. Çünki nəfəsimə qənaət etməli idim. Sonra isə xal verərək vaxtı keçirirdim ki, sonda qələbə qazanım. Buna da nail oldum".
O, qələbəsini bundan əməyi olan bütün insanlara, başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr etdiyini deyib: "Başda cənab Prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım".
Qeyd edək ki, 71 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpasını məğlub edərək qızıl medala layiq görülüb.
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Araz-Naxçıvan" qrupda son oyuna çıxır
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı