​Firdovsi Fərzəliyev:"Bu hissləri anlatmaq mümkün deyil"

​Firdovsi Fərzəliyev:"Bu hissləri anlatmaq mümkün deyil"
XƏBƏR 13 İyun 2015 / 19:44 4675
-  A +

"İlk olaraq məşqçilərimə təşəkkür edirəm. Onların üzərimizdə əziyyətləri var".

Qol.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Firdovsi Fərzəliyev deyib.

Qızıl medalın sahibi 6 aydır ki, çətin məşqlərin getdiyini və hazırlıqların yüksək səviyyədə olduğunu bildirib: "Bu yarışa 5-10 dəfə artıq hazırlaşmışıq. Prezidentimizə minnətdarlıq edirəm. İlk 3 döyüşdə qələbə qazandım. Qrupda qalib gəldiyim italyanla finalda rastlaşdım və qalib gəldim".

F.Fərzəliyev çempionluq hisslərini bu cür ifadə edib: "Bu hissləri anlatmaq mümkün deyil, yaşamaq lazımdır. Bundan gözəl sevinc yaşamamışam. Bütün tamaşaçılardan xahişimiz odur ki, idmançıların qələbəsi, çempion olması üçün dua etsinlər". (report.az)

Daha çox


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner