“Qəbələ”nin əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Ramin Quliyev təyin edilib. O, ispaniyalı Luis Araqonu əvəzləyib.
2014/15 mövsümündən "Qəbələ"nin U-17 komandasını çalışdıran 34 yaşlı mütəxəssis həm U-17 Liqası, həm kubokunun qalibi olub, “Qızıl dubl”a imza atıb.
Hazırda Ərzurumda - əsas komandanın düşərgəsində olan Ramin Quliyev təyinatı ilə bağlı fikirlərini bildirib:
"Artıq üçüncü ildir ki, "Qəbələ"də çalışıram. Daha öncə akademiyanın U-12 və U-17 komandalarına rəhbərlik etmişəm. Artıq əvəzedici komandaya təyinatım rəsmiləşib. Bu isə daha böyük məsuliyyət deməkdir. Əsas komanda ilə birbaşa əlaqəli işləməli, akademiya və əsas komanda arasında möhkəm körpü rolunu oynamalıyıq. Hazırda əsas komandanın düşərgəsindəyəm. Bura gəlməkdə məqsəd əsas komandanın iş prinsipi, məşq proqramı və digər vacib məqamlarlarla əyani tanış olmaqdır. Məşqləri izləyir, lazımi qeydləri aparır və baş məşqçi Roman Qriqorçukdan məsləhətlər alıram. Məqsədimiz futbolçuların əvəzedici komandadan əsas komandaya keçərkən oyun planında çətinlik çəkməməsi, komandaya tez uyğunlaşmasıdır. İnanıram ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyəm və mənə olan inamı doğruldacağam".
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı