“Qarabağ”ın hazırlıq planı bəlli oldu

“Qarabağ”ın hazırlıq planı bəlli oldu
XƏBƏR 9 İyun 2015 / 16:00 5814
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı bəlli olub.

Bu barədə Qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Hazırlığın Avstriyada keçiriləcəyini deyən klub rəsmisi üç yoldaşlıq oyunu nəzərdə tutulduğunu qeyd edib:

“İyunun 18-də komandamız Avstriyaya yollanacaq. Milli komandalarda olan futbolçularımız iyunun 23-də birbaşa ora gedəcək. Üç yoldaşlıq oyunu nəzərdə tutulub. Avstriyada güclü komandalar olacaq. Hər üç yoxlama oyunu klubumuzun rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Bildiyiniz kimi, iyunun 22-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatması olacaq. Əgər ilk oyunu öz meydanımızda oynayası olsaq, Bakıya qayıdacağıq, əks halda birbaşa oyun keçiriləcək şəhərə yollanacağıq".

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk