"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Qol.Az-ın məlumatına görə, Niko Kovaçın komandası bu gün Cəbəllütariq yığması ilə qarşılaşıb.
Cırtdan ölkə təmsilçisi ilə oyun xorvatlar üçün "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə önəmli matça hazırlıq məqsədi daşıyırdı. Oyun Xorvatiya yığmasının qələbəsi ilə başa çatıb - 4:0.
Qeyd edək ki, iyunun 12-də keçiriləcək Xorvatiya - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
7 iyun
Yoxlama oyunu
Xorvatiya - Cəbəllütariq - 4:0
Qollar: Şarbini, 7 (1:0), Kovaçiç, 15 (2:0), Mandzukiç, 53-pen (3:0), Kramarik, 77 (4:0)
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri