"Milan" səhmlərinin 48 faizini satdı

"Milan" səhmlərinin 48 faizini satdı
XƏBƏR 6 İyun 2015 / 20:44 4174
-  A +

"Milan"nın sahibi Silvio Berluskoni klubun səhmlərinin 48 faizini satıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, alıcı taylandlı iş adamı Bi Teçauboldur. Bunun üçün o, 470 milyon avro ödəyib.

S.Berluskonu bildirib ki, bundan sonra "Milan" yenidən çempionluq üçün oynayacaq  komanda olacaq.

Qeyd edək ki, klubun səhmlərinin 52 faizini əlində saxlayan Berluskoni prezidentliyə davam edəcək.


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır