Ruslan Qurbanov oynadı, "Hayduk" heç-heçə etdi

Ruslan Qurbanov oynadı, "Hayduk" heç-heçə etdi
XƏBƏR 30 May 2015 / 00:10 3888
-  A +

Xorvatiya çempionatında 36-ci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu  səfərdə “RNK Split”in qonağı olub.

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.  R.Qurbanov start heyətdə meydana daxil olub. Fasiləyə məğlub yollanan “Hayduk” ikinci hissədə  meydana Qurbanovun yerinə daxil olan Malokunun 49-cu dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib.

Qeyd edək ki, 36 turdan sonra aktivində 50 xalı olan "Hayduk" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır