Millimizin qapıçısı "Qəbələ"də oynaya bilər

Millimizin qapıçısı "Qəbələ"də oynaya bilər
GÜNDƏM 5 May 2015 / 12:13 6817
-  A +

"Qəbələ" klubu artıq yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

Qol.Az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçuk "Sumqayıt"ın qapısını qoruyan həmyerlisi Andrey Popoviçi komandasında görmək istəyir.

Millimizin üzvünwn artıq "Qəbələ" ilə razılığa gəldiyi və onunla yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Qol.Az-a açıqlamasında qeyd edib ki, ukraynalı qapıçının keçidi gündəmdə olsa da, məsələ ilə bağlı hələ yekun qərar verilməyib.

Daha çox


Son xəbərlər