Türkiyə superliqasına vəsiqə qazanan ilk komanda bəlli olub.
Qol.Az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" klubu gələcək mövsüm superliqada oynamaq hüququ əldə edib.
Bu, Türkiyə birinci liqasının 31-ci turunda "Adana Dəmirspor"un evdə "Samsunspor"la 0:0 bərabərə qalmasından sonra rəsmiləşib.
Sona üç tur qalmış ən yaxın izləyiciləri "Osmanlıspor" və "Adana Dəmirspor"u müvafiq olaraq 6 və 7 xal qabaqlayan Kayseri təmsilçisi birbaşa superliqaya vəsiqə verən ilk iki pillədən birini özü üçün təmin edib.
Gələn həftə üz-üzə gələcək "Osmanlıspor" və "Adana Dəmirspor"un qarşılaşmasında iki komandadan biri və ya hər iki xal itirəcək. Bu da "Kayserispor"un vaxtından əvvəl superliqaya vəsiqə qazanmasına şərait yaradıb.
Qeyd edək ki, "Kayserispor" bir mövsüm fasilənin ardından yenidən superliqaya qayıdıb.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər