Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun bütün oyunları eyni günə nəzərdə tutulub.
“Xəzər Lənkəran” öz meydanında “Qəbələ”ni qəbul edib. Ardıcıl yeddi oyunda qələbə qazanan Roman Qriqorçukun komandası Lənkəran səfərindən də üç xalla dönmək niyyətində idi. Cavid Hüseynovun matçın 48-ci dəqiqəsində vurduğu qol "qırmızı qaralar"a ardıcıl 8-ci qələbəni qazandırıb.
Kubokun yarımfinalında mübarizəni dayandıran “Simurq” səfərdə “Sumqayıt”ın qonağı olub. Bu görüşün də taleyini bir qol həll edib. Matçın 49-cu dəqiqəsində hesabı açan "Sumqayıt" bu üstünlüyünü sonadək qoruyub - 1:0.
“İnter” öz meydanında AZAL-la üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
Turun ən maraqla gözlənilən oyunu da paytaxda baş tutub. Burada əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” qarşılaşıb. Oyun Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
25 aprel
Azərbaycan Premyer Liqası, 31-ci tur
19:00. “Qarabağ” – “Neftçi” - 3:2
Qollar: Muarem Muarem, 15 (1:0), Cavid Tağıyev, 29 (2:0), Araz Abdullayev, 30 (2:1), Nikolas Kanales, 59 (2:2), Leroy Corc, 69 (3:2)
Qırmızı vərəqə: Karlos Kardozo, 75 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
“Bakcell Arena”
18:00. “İnter” – AZAL - 2:0
Qollar: Arif Daşdəmirov, 59 (1:0), 75 (2:0)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
“İnter Arena”
17:00. “Xəzər Lənkəran” – “Qəbələ” - 0:1
Qol: Cavid Hüseynov, 48 (0:1)
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Sumqayıt” – “Simurq” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 49 (1:0)
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
Sumqayıt şəhər stadionu.
Turnir cədvəli
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 28 | 19 | 6 | 3 | 47-24 | 63 |
| 2 | İnter | 27 | 14 | 11 | 2 | 44-13 | 53 |
| 3 | Neftçi | 28 | 13 | 7 | 8 | 35-26 | 46 |
| 4 | Qəbələ | 28 | 13 | 7 | 8 | 39-33 | 46 |
| 5 | Simurq | 28 | 10 | 5 | 13 | 35-31 | 35 |
| 6 | AZAL | 28 | 8 | 8 | 12 | 29-40 | 32 |
| 7 | Xəzər Lənkəran | 27 | 7 | 6 | 14 | 32-41 | 27 |
| 8 | Sumqayıt | 27 | 5 | 9 | 13 | 25-37 | 24 |
| 9 | Bakı | 27 | 2 | 7 | 18 | 17-58 | 13 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombaridrlər
Nurlan Novruzov ("Bakı") - 13 qol
Draqan Çeran ("Simurq") - 12 qol
Cavid Hüseynov ("Qəbələ") - 10 qol
Nikolas Kanales ("Neftçi") - 10 qol
Reynaldo Silva ("Qarabağ") - 9 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 9 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?