"Bizim üçün çətin oyun oldu. "Dnepr"in Bakıya 3 xal üçün gəldiyini bilirdik. Buna hazır idik. Sadəcə, bəzi epizodlarda diqqətsiz oynadıq və bu səbəbdən qapımızda qollar gördük".
Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "Dnepr"lə görüşdən (1:2) sonra deyib.
M.Medvedyev son ötürmələrdə dəqiqliyin çatışmadığını bildirib: "Əlbəttə, istəməzdik belə olsun. Yenə də azarkeşlərə bizə dəstək olduqları üçün təşəkkür edirəm. Çalışacağıq ki, gələn oyunlarda səhvlərimizi düzəldək. Son ötürmələrdə dəqiqlik çatışmırdı. Qol vurmaq üçün imkanlarımız oldu, lakin alınmadı.
Konoplyankaya qarşı oynamaq çətin idi. Onun hansı səviyyədə olduğunu hər kəs bilir. Hazırda onunla bir sıra komandalar maraqlanır. Lakin "Dnepr" təkcə Konoplyankadan ibarət deyil. Qama və Kaliniçə qarşı oynamaq da asan deyildi. Rəqibin çox qol epizodu olmadı. Daha çox uzun ötürmələrə üstünlük verirdilər və Kaliniç topu saxlamaqla hücumun kəsərini artırmağa çalışırdı. Biz daha yaxşı top saxlayırdıq. Lakin dediyim kimi son ötürmələrdə dəqiqlik yox idi".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı