Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Dnepr"ə 1:2 hesabı ilə uduzan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının sonadək mübarizə apardığını bildirib:
“İstəməzdik ki məğlub olaq. Çox çalışdıq ki, hesabı qoruyaq. Ancaq alınmadı. Futbolçularımız yaxşı oynadı. Sona qədər mübarizə apardılar. Komandaya iradım yoxdur. İlk oyundan sonra bildirmişdim ki, bu qələbəni çox şişirtmək lazım deyil. Qarşıdakı oyunlar haqda düşünəcəyik.
- “Qarabağ” üç oyunda ilk qolu buraxıb və geri dönüş edə bilməyib. Səbəb nədir?
- Sadəcə qol vurmaq alınmadı. Başqa səbəb yoxdur. Bir neçə oyunlarda dönüş etmişik.
- Ola bilərmi ki, “Qarabağ” heç-heçəyə oynadığı üçün uduzdu?
- Biz qələbəyə oynayırdıq. Heç-heçə barədə düşünmürdük. Rəqibin gücünü də nəzərə almalısınız.
- Sizə elə gəlmir ki, “Qarabağ”ın komanda oyununda bir qədər problem var?
- Kənardan belə görünə bilər. Ola bilər ki, futbolçular özləri qol vurmaq istəsin. Ancaq bəzən komanda yoldaşını görmək çətin olur.
- Sizcə, “Qarabağ”In növbəti mərhələyə adlamaq şansı nə dərəcədədir?
- Biz də istməzdik ki, azarkeşlərimiz məyus edək. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Biz qarşımıza məqsəd qoymamışdıq ki, qrupda ikinci yeri tutaq. “Sent-Etyen”lə oyun daha asan olacaq. Çünki biz bu gün məğlub olmuşuq. Daha məsuliyyətli olacağıq. “Dnepr”lə ilk oyunda qalib gəldiyimiz üçün fubolçularda istər-istəməz rahatlıq ola bilərdi.
- Bəzi oyun epizodlarında futbolçular azarkeşlərin təsiri altına düşürdü. Sizə elə gəlmir ki, “Qarabağ” səfərdə daha yaxşı oynayır?
- Ola bilər ki, səfərdə hücumları başqa cür qururuq. Hər rəqibə qarşı fərqli oynayırıq. Məncə, komandamızın ev, yaxud da səfər oyununda fərq yarada biləcək amil yoxdur. Çalışırq ki, hər oyunda öz oyun sxemimizi yaxşılaşdıraq.
- “Dnepr”in baş məşqçisi rəqibin oyunu Reynaldonun üzərində quracağını bildiklərini söylədi, qeyd etdi ki, bunu bildikləri üçün "Qarabağ"a qalib gəlməyi bacardılar.
- Oyunu tək Reynaldonun üzərində qurmamışdıq. Cinahlardan hücumlar edirdik. Bilirdik ki, bəzi oyunçularımızı bağlayacaqlar. Tam istədiklərini edə bilmədilər. Ön xətdə olan bütün futbolçularımız aktiv idi. İlk hissədə Riçarda qarşı təkbətək oynayırdılar. Amma bəzi dəyişikliklər etməklə, hardasa bunun qarşısını almağa çalışdıq. Amma həmkarım belə düşünürsə, onun fikirlərinə hörmətlə yanaşıram.
- Sanki “Qarabağ” oyunu düzgün qurmamışdı. Rəqib sizi daha yaxşı analiz etmişdi...
- “Dnepr” qalib gəlibsə, deməli, bizi yaxşı analiz ediblər. Biz hər oyunda təcrübəmizi artırırıq.
- Son vaxtlar “Qarabağ”da geri ötürmələr çox olur.
- Bəzi epizodlarda rəqib qabağa getməyə imkan vermir. Belə olanda mümkün varianlardan istifadə etməliyik. Gördüyünüz kimi, bəzən geri ötürmələr işimizə yarayırdı. Rəqib ən çox təhlükəni biz hücumda olan zaman yaradırdı. Yəni əks-hücumlarda bizi cəzalandırırdılar.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı