“Qarabağ” qalib gələcək” – Oğuz Çətin

“Qarabağ” qalib gələcək” – Oğuz Çətin
ÖLKƏ FUTBOLU 6 Noyabr 2014 / 17:56 5680
-  A +

“Qurban Qurbanovu və oyunçularını alqışlamaq lazımdır. Bu gün Azərbaycan futbolunu dünyada, Avropada yaxşı səviyyədə tanıdan bir klubdur. Həm çox yaxşı oynayırlar,həm də qalib gəlməyi bacarırlar”.

Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Bu gün keçiriləcək Avroliqanın qrup mərhələsinin “Qarabağ” – “Dnepr” oyunu barədə də fikirlərini açıqlayan Oğuz Çətin bildirib: “İlk matçda “Dnepr”i səfərdə məğlum etməklə yaxşı şans əldə etdilər. “Qarabağ”ın qələbə qazanacağını düşünürəm. Növbəti oyunda “Sent-Etyen”dən alacaqları bir xal qrupdan cıxmalarını təmin edəcək. Ona görə bu oyun çox önəmlidir”.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır