"Çalışacağıq ki, uğurlu nəticə qazanaq"– Qurban Qurbanov

"Çalışacağıq ki, uğurlu nəticə qazanaq"– Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 5 Noyabr 2014 / 19:43 7071
-  A +

“Baxmayaraq ki, səfərdə bu komandaya qalib gəlmişik, yenə də bildirmişdim ki, cavab matçı daha çətin olacaq. Hər iki komanda bir-birini indi  daha yaxşı tanıyır. Ağır oyun olacaq. Ancaq çalışacağıq ki, bu dəfə daha səhvsiz oynayaq. Əlimizdən gələn hər şeyi  edəcəyik ki, uğurlu nəticə qazanaq”. 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində sabah “Dnepr”ə qarşı keçiriləcək oyun üçün təşkil olunmuş mətbuat konfransında deyib.
'
Q.Qurbanov daha sonra jurnalistlərin suallarını cavblandırıb.

- Adətən məğlub komanda revanş haqda daha çox düşünür.  İtiriləsi heç nəyi olmayan komanda çox təhlükəli olur.

-Bu gün düşünə bilmərik ki, rəqib ancaq qələbəyə oynayacaq. İstənilən nəticə komandaların turnir cədvəlindəki yerini dəyişə bilər. “Dnepr”in bir xala da ehtiyacı var. Bunları nəzərə alıb, çalışmalıyıq ki, hər şeyi düzgün edək. Rəqibin güclü hücum xətti var. Futbolçularımızın üzərinə düşən əsas iş rəqib hücumlarının qarşısını almaq olmalıdır.

-  Futbolçularla söhbətinizdə bildirmisiniz ki, bu oyun digərlərindən daha vacibdir?

- Bizim üçün hər bir oyun vacibdir. Bu gün futbolçulara o sözləri desəm, səhv etmiş olaram. Qeyd etdiyiniz məsələləri düşünüb, oynamaq çox yalnış olardı. Rəqibə düzgün yanaşmalıyıq.

- Rəqib komandanın baş məşqçisi bildirib ki, “Şaxtyor”la matç onlar üçün daha vacibdir. Düşünmürsünüz ki,  bu fikirlər sizi arxayınlaşdırmaq üçündür?

- Rəqibin oyunla bağlı fikirləri ilə tam tanış olmamışam. Biz hər oyunda daha təcrübəli oluruq. Rəqibin danışığına fikir verməməliyik. “Dnepr” çox ciddi rəqibdir. Təcrübəli baş məşqçisi və oyunçuları var. Onları düzgün analiz edib, istədiyimiz oyunu göstərməliyik.

- “Qarabağ” həmişəki kimi sabah da oyuna aqressiv başlayacaq?

- Getdikcə futbolda aqressivlik daha çox tələb olunur. Hər bir futbolçu aqressiv olmalıdır. Bəlkə də “Dnepr” futbolçuları daha aqressiv olacaq. Ancaq hər şeyin norması var. Biz də çalışacağıq ki, düzgün oyun sərgiləyək.

- Sizin üçün çempionatda bir, Avroliqada digər taktika ilə oynamaq çətin deyil ki?

- Taktikada çox da dəyişiklik etmirik. Bəzən rəqiblərdən asılı olaraq müdafiədə oynayırıq. Avroliqada limit məsələsi olmadığı üçün bir qədər işimiz asan olur. Bu gün porblemlər haqda düşünməməlyik. Sadəcə əlimizdə olan futbolçulardan düzgün istifadə etməliyik.

- “Qarabağ” Azərbaycanda Avropa Liqasını qrup mərhələsində qələbə qazanan ilk komandadır.  Sabah stadionda anşlaq olacaq. Qorxmursunuz ki, futbolçularınız hər şeyi  unudub, irəli atılarlar?

- Ən çox bunun üzərində çalışıram ki, futbolçularmız arxayınlaşmasınlar. Futbolçularım peşəkardırlar. Hansısa texniki səhvlər edə bilərlər, ancaq qeyd etdiyiniz problemlə üzləşmərik.  Azarkeşlərə gəldikdə isə onlar daima bizi yaxşı dəstəkləyiblər.

Daha çox


Son xəbərlər