Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la qarşılaşacaq “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç oyun haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunöncəsi bu gün Bakıda təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Ukrayna KİV-ləri yazıb ki, “Dnepr”in itiriləcək bir şeyi olmadığı üçün “Qarabağ”la cavab matçında sırf hücum futboluna üstünlük verəcək.
- Əlbəttə ki, itiriləcək bir şey yoxdur. Avroliqada mübarizəmizi davam etdirmək istəyiriksə, sabah əlimizdən gələni etməliyik və hücum futbolu oynamalyıq.
- Deməli, ilk dəqiqələrdən iki hücumçu ilə oynayacaqsınız?
- Hələ bu haqda bir söz deyə bilmərəm. “Şaxtyor”la oyunu da nəzərə almalıyıq. Sabah bu məsələni dəqiqləşdirəcəyik.
- “Şaxtyor”la oyuna güc saxlayacaqsınız, yoxsa sizin üçün əsas Avroliqadır?
- Biz istəyirik ki, hər iki cəbhədə mübarizə aparaq. Təbii ki, “Dnepr” həmişə iddialı olub. Yaxşı olardı ki, həm Avroliqada, həm də çempionatda nəticə qazanaq. Ola bilsin ki, sabah bəzi futbolçulara istirahət verdik.
- “Qarabağ”la ilk oyunda Roman Zazulya oynamasa da, “Şaxtyor”la mayçda ona şans verdiniz. Sabah onu meydanda görə bilərik?
- Zazulyadan başqa daha iki hücumçumuz da var. Onların hər birindən istifadə edə bilərik. Bütün bu məslələrə bugünkü məşqdən sonra aydınlıq gələcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı