"Hazırda "Dnepr"də hər şey heç də yaxşı deyil. Sanki kollektivin daxilində nəysə qırılıb".
Qol.Az-ın məlumatına görə, bu sözləri Ukrayna futbolunun əfsanəvi futbolçularından olan Yojef Sabo ölkəsinin mətbuatına açıqlamaısında deyib.
"Dnepr"in Avropa Liqasının qrup mərhələsinin IV turunda qarşılaşacağı "Qarabağ"la görüş haqda danışan 74 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin oyununu əks hücum üzərində quracağını bildirib: "Miron Markeviç məndən inciməsin, ancaq “Dinamo”ya qarşı belə oynamaq olmazdı. Daha ehtiyatlı olmaq lazım idi. Markeviç komandasında keyfiyyətli futbolçuların olmamağından şikayətlənir. Ola bilər ki, komandanın oyun qurucusu yoxdua. Lakin Dneprpetrovsk təmsilçisində digər mövqelər kifayət qədər yaxşı komplektləşib.
“Dnepr”dəki qapıçı və müdafiə xəttini isə hətta mən də öz komandamda görmək istəyərdim. Əminəm ki, “Qarabağ”ın baş məşqçisi rəqibin güclü olduğunu anlayır. Buna görə də onlar oyununu əks-hücumlar üzərində quracaq. Bu, Kiyevdəki oyunda onlarda yaxşı alındı. İndi Azərbaycandakı oyunun necə bitəcəyini proqnozlaşdırmaq çətindir. Meydan sahiblərini heç-heçə də qane edər bilər. Amma “Dnepr” bu qarşılaşmaya heç də yaxşı psixoloji vəziyyətdə çıxmayacaq".
Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı