“Qarabağ”ın qarşısına tam fərqli bir “Dnepr” çıxacaq”

“Qarabağ”ın qarşısına tam fərqli bir “Dnepr” çıxacaq”
ÖLKƏ FUTBOLU 5 Noyabr 2014 / 13:54 8107
-  A +

"Sabah hər iki komanda üçün həlledici oyun olacaq. Doğrudan da sabahkı qarşılaşma “Dnepr” üçün ölüm-dirim mübarizəsidir. Elə “Qarabağ” üçün də bu görüşün nəticəsi çox vacibdir”.

Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində sabah “Dnepr”lə qarşılaşacağı oyun haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis “Dnepr”lə ilk görüşlə müqayisədə “Qarabağ”ı daha çətin oyun gözlədiyini bildirib. O, həmçinin, “Qarabağ”ın sərfəli nəticə qazanmaq şansının daha çox olduğunu qeyd edib:

“Qalib gələn komandanın qrupda ikinci yeri tutmaq şansı  çox olacaq. Burada “Qarabağ” daha şanslıdır. Ancaq nəzərə almaq lazımdır ki, “Dnepr” Kiyevdəki “Denpr” olmayacaq. Artıq rəqibin itiriləsi bir şeyi yoxdur. Bu komandanı  ancaq qələbə qane edir. Ona görə də “Qarabağ”ın qarşısına tam fərqli bir “Dnepr” çıxacaq”. Bununla belə, “Qarabağ” da rəqibindən çəkinmir.  Səfərdə bu komandaya qalib gəlibsə, niyə bunu doğma meydanda da bacarmasın? Sabahkı oyun  “Qarabağ”ın tarix yazması üçün əlinə düşən ən yaxşı fürsətlərdən biridir. Bundan maksimum yararlanmağa çalışacaqlar.

“Qarabağ”ı Kiyevdəkindən daha ağır oyun gözləyir. Ancaq “Dnepr”ə sabah uğur qazanmaq asan olmayacaq. Məncə, hərtərəfli maraqlı oyun izləyəcəyik. İlk  görüşlə müqayisədə daha sürətli və taktiki baxımdan fərqli qarşılaşmanın şahidi olacağıq. “Qarabağ”ın sabah qazanacağı xal və xallar qrupdan çıxmasını böyük ölçüdə təmin edəcək. Hazırda komandamızın qrupdan çıxmaq şansı “Sent Etyen” və “Denpr”dən daha çoxdur”.

Daha çox


Son xəbərlər