"Dnepr"lə səfərdəki qələbə bizi sevindirir. Amma bu o demək deyil ki, biz qarşıdakı oyunda da qalib gələcəyik"
Noyabrın 6-da Avropa Liqasınln qrup mərhələsində “Dnerp”lə qarşılaşacaq “Qarabağ” oyunun hazırlıqlarını davam etdirir. Komandanın bugünkü məşqindən sonra baş məşqçi Qurban Qurbanov Qol.Az-ın suallarını cavablandırıb
- “Dnepr”lə matça hazırlıq necə gedir?
- İstədiyimiz kimi, hazırlaşmağa bir o qədər vaxtımız yoxdu. Çempionat oyunları six qrafikdə keçirilir, sadəcə iki gün vaxtımız var idi. Dünən ilk məşqimiz keçirildi. İki qrupda hazırlıq prosesi oldu: oynayanlar və oynamayanlar. Bu gün də bir az fərqli qruplarla məşqimiz oldu. Çalışırıq, oyuna kimi komandanı tam hazır vəziyyətə gətirək.
- Ümumiyyətlə, qarşıdakı oyunla bağlı fikriniz necədir?
- Mən “Dnepr”lə oyundan sonra da bildirdim ki, arxayınlaşmamalıyıq. Əlbəttə, səfərdəki qələbə bizi sevindirir. Amma bu o demək deyil ki, biz qarşıdakı oyunların hamısında qalib gələcəyik. Əsas məqsədimiz gələcək matçlara yaxşı hazırlaşmaqdır.
- “Dnepr”lə Bakıdakı oyun demək olar ki, “Qarabağ”ın 1/16 finala çıxması üçün həlledici ola bilər. Bu haqda siz nə düşünürsüz?
- Biz əlimizdən gələni əsirgəməyəcəyik. Amma qələbələrə aldanmamalıyıq. Bəzən bir uğuru çox böyüdürük. Unutmayaq ki, Azərbaycan kiçik futbol ölkəsidir, biz hələ yeni-yeni Avropa komandalarına qarşı normal oynamağa başlamışıq. Qarşıdakı oyunlara ciddi yanaşmalı və yaxşı hazırlaşmalıyıq.
- Klubunuz Riçard Almeydanın müqaviləsini uzatdı. Bu haqda nə deyə bilərsiz?
- Onunla çoxdandır danışıqlar gedirdi. Özünün də istəyi bu idi ki, “Qarabağ”da qalsın. Çünki həm futbolçular, həm də rəhbərliklə çox yaxşı münasibəti var. Komandamıza sevgisi çox olan bir oyunçudur. Ona görə biz də təklifimizi etdik, özünün də razılığı ilə müqaviləsini yenilədik.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı