“Mənim adım o siyahıda yoxdur” – Qurban Qurbanov

“Mənim adım o siyahıda yoxdur” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 3 Noyabr 2014 / 14:06 8996
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə Azərbaycan milli komandasında işləmək üçün AFFA-dan dəvət almadığını açıqlayıb.

Qol.Az-ın xəbərinə görə, jurnalistlərin “AFFA nümayəndələri sizinlə görüşüb danışıq aparıbmı” sualına Q.Qurbanov “yox” cavabı verib.

Onun sözlərinə görə, onun adı millinin baş məşqçiliyinə namizədlər sırasında yoxdur: “Mənimlə AFFA nümayəndələri görüşməyiblər”.

Qeyd edək ki, Berti Foqtsun istefasından sonra millinin baş məşqçisi vəzifəsinə əsas namizəd Qurban Qurbanov sayılırdı.


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk